Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Yanvarın 23-ü Dünya Xətt Günü, daha aydın desək, Əl Yazısı Günüdür: yalnız adı qalan,
Hüsnxət adından da göründüyü kimi, gözəl yazı yazmaq deməkdir.
Eləcə də bizim özümüzün də hüsnü əlyazımızda əksini tapır, hüsnxətlə yola çıxdığımız yazı xəttimiz gələcəkdə xarakterimizi, xasiyyətimizi açıqlayır.
Bəli, hər birimiz ibtidai təhsil alırıq, hüsnxət fənnini tədris edən müəllimlər bizə yazmağı öyrədir. Biz də öyrənirik.
Necə çətinliklə öyrənirik, bunu da hər kəs yaxşı xatırlayar. Xatırlayar ki, yazmağı öyrənmək üçün çox çətinlik çəkilir.
Məktəbdə müəllimlərin, evdə isə valideynlərin köməkliyi ilə yavaş-yavaş buna alışırıq.
Nöqtələri birləşdirməklə axır ki, hərfləri yazmağı öyrənirik ki, bir də baxırıq, söz, cümlə yazmışıq.
Lakin təəssüflər olsun ki, hazırki təhsil sistemində yuxarı siniflərə qalxdıqca, yazı yazmaq elə ibtidai sinifdə qalır. Nə üçün yazmırıq?