Icma.az
close
up
RU
Yaşada bilmədiyimiz əl yazısı

Yaşada bilmədiyimiz əl yazısı

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yanvarın 23-ü Dünya Xətt Günü, daha aydın desək, Əl Yazısı Günüdür: yalnız adı qalan, özünü isə tarixin arxivinə göndərdiyimiz əl yazısı...

Hüsnxət adından da göründüyü kimi, gözəl yazı yazmaq deməkdir. Eləcə də bizim özümüzün də hüsnü əlyazımızda əksini tapır, hüsnxətlə yola çıxdığımız yazı xəttimiz gələcəkdə xarakterimizi, xasiyyətimizi açıqlayır.

Bəli, hər birimiz ibtidai təhsil alırıq, hüsnxət fənnini tədris edən müəllimlər bizə yazmağı öyrədir. Biz də öyrənirik. Necə çətinliklə öyrənirik, bunu da hər kəs yaxşı xatırlayar. Xatırlayar ki, yazmağı öyrənmək üçün çox çətinlik çəkilir. Məktəbdə müəllimlərin, evdə isə valideynlərin köməkliyi ilə yavaş-yavaş buna alışırıq. Nöqtələri birləşdirməklə axır ki, hərfləri yazmağı öyrənirik ki, bir də baxırıq, söz, cümlə yazmışıq. Lakin təəssüflər olsun ki, hazırki təhsil sistemində yuxarı siniflərə qalxdıqca, yazı yazmaq elə ibtidai sinifdə qalır. Nə üçün yazmırıq?

Təhsilimiz kurikulum adlanan yeni təhsil metoduna keçdi-keçmədi, bu metod yazı yazmağı sıradan çıxarmağa başladı. Elə ki, dərsliklərin yanında iş dəftərləri də meydana gəldi, hansı ki, o dəftərləri satın alırıq, bundan sonra yazı yazmaq məsələsi də geriləməyə başladı. Çünki həmin iş dəftərlərində çox qısa şəkildə yazı yazmaq məcburiyyətində qalırıq. Bəzən yalnız “hə”, “yox”, “bəli”, “xeyr”. Vəssalam.

Əvvəlki təhsil sistemində necə idi? Nə üçün əvvəllər daha çox yazırdıq? Müəllim Azərbaycan dili fənnindən evə çalışma verirdi. Biz çalışmanı həll etmək üçün onu olduğu kimi dəftərə köçürürdük, sonra isə həllini yazırdıq. Ədəbiyyat fənnindən keçdiyimiz dərsləri oxuyandan sonra onun qısa xülasəsi haqqında dəftərimizə yazırdıq. Ümumilikdə isə bütün fənlər üçün dəftər ayırırdıq və o dəftərlərdə tapşırıqları yazırdıq. Yeri gələndə bir neçə səhifəlik tapşırıq yazırdıq ki, bu da xəttimizin daha da təkmilləşməsinə, qorunmasına şərait yaradırdı.

İnşa yazılar, imla, ifadə işləri isə o qədər tez-tez yazılırdı ki, xəttimizin gündən-günə daha da səliqəli olmasına, gözəl görünməsinə şahid olurduq. Və bundan zövq alıb daha çox yazmaq istəyirdik. Beləliklə də xəttimiz “yaşayırdı”. Eləcə də əlyazma deyilən bir yazı növünün varlığından söhbət gedə bilirdi.

İndiki təhsil metodu isə yazı yazmağı o dərəcədə azaldıb ki, uşaqların yazı yazmaq qabiliyyəti sadəcə ibtidai siniflərdə qalıb. Müasir məktəblərimizdə nə əvvəlki kimi tapşırıq yerinə yetirilir, nə də əvvəlki qədər inşa, imla, ifadə yazılır. Bu səbəbdən də yeni bir nəsil yetişir: hüsnxətsiz nəsil...

Orta məktəbdə artıq yadırğadığımız yazı yazmaq vərdişi ali məktəblərdə demək olar ki, tamamilə yoxa çıxır. Yadımdadır, dövrümüzdə universitetdə nə qədər mühazirələr yazırdıq. Dəftərlərimizin sayı-hesabı yox idi. Yəni yazmağa da məcbur idik. Çünki sonra oxumaq üçün lazımi mənbə tapa bilmirdik. Hətta diplom işimiz də əlyazma şəklində qəbul olunurdu. Müasir dövrdə bəzi ali təhsil ocaqlarında heç diplom müdafiəsi də yoxdur. Harda qala ki, onu əlyazma şəklində tələb edələr.

Dünya müasirləşdikcə, həyatımızı kompüter, smartfon telefonlar satın aldıqca, əlyazmalar da yoxa çıxır. Mühazirələr də telefonlara yazılır. Tapşırıqlar da kompüterdə yazılıb, çap olunur. Beləliklə, oturub əziyyət çəkməyə, qələmlə mübarizə aparıb saatlarla üzüqoylu yazmağa ehtiyac qalmır. Bizim əvəzimizdən texnologiya yazır. Biz isə yazmaq mədəniyyətindən məhrum oluruq. Bir də baxırıq ki, üstündən uzun illər keçib, bir vərəq yazı belə yazmamışıq. Nəticədə isə nəinki xəttimiz pozulur, yaza bilmirik, üstəlik hərfləri də unudur, sözləri düzgün yaza bilmir, bir sözlə, yazı mədəniyyətindən çox uşaqlaşmış oluruq.

Bizi gələcəkdə hüsnxətsiz insanlarla dolu bir həyat gözləyir. Çünki hazırda gənclərimizin əksəriyyəti yazı yazmaqdan çox uzaqdır. Bəzən qarşılaşdığımız əlyazma nümunələri onların yazmaqda nə qədər çətinlik çəkdiklərini, eləcə də savadsızlıqlarını ortaya qoyur. Bu gün əksər gənclərin sosial şəbəkələrdə yazışmaları adamı dəhşətə gətirir. İllərlə bir vərəq yazı yazmayan bu insanlar artıq necə gəldi, yazmağa başlayıblar. Yersiz ixtisarlar, qısaldılıb məhv edilən sözlər, mübtədası, xəbəri bilinməyən cümlələrə nəzər saldıqda, inanın, heç nə anlamaq olmur. Bütün bunlar isə yazı yazmaqdan illərlə kənarda qalmağın nəticələridir. Əvvəllər orta məktəbi bitirənədək o qədər yazı yazırdıq ki, məktəbi bitirən gənclər ali təhsil aldı, almadı, hamısı mükəmməl yazmaq qabiliyyətinə malik olurdu.

İnsanlar uzun illər yazmadıqlarına görə xətləri də itib-batıb. Məsələn, otuz-qırx adam yazı yazmağa cəlb olunarsa, onların hər birinin xətti uzun illər yazmadıqlarına görə yalnız anlaşılmaz təsir bağışlayacaqdır.

Bir neçə il sonra isə bütün bunların acı nəticələri ilə daha çox rastlaşacağıq. Çünki hələlik orta yaş qrupundan olan insanların yazmaq bacarığı, xətti var. Lakin qarşıda bizi hüsnxətsiz bir gələcək gözləyir.

Beləliklə, biz əl yazısını qoruyub saxlaya bilmədik. Onu da digər dəyərlərimiz kimi tarixin arxivinə göndərdik.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri