Yaşamaq zarafat deyil! Sevinc Mürvətqızı yazır | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sevinc MÜRVƏTQIZI...Həyatın ağır yükünü çiyinlərimdə çəkilməz dərəcədə hiss edəndə, qorxularla, ümidlərlə, itkilərlə, sevinclərlə dolu bu yolun sonuna gəlib çatdığımı düşündüyüm məqamlarda yaşamağın ciddiyyətini daha dərindən anlamışam.
Adına "yaşamaq" dediyimiz bu anlayışın son dərəcə sadə, həm də misilsiz şəkildə mistik varlığı məni suallar qarşısında qoyub: heç bir məqsəd güdmədən, yalnız yaşamaq üçün yaşamaq - bu qədər təlatümlü, bu qədər çılğın və eyni zamanda bu qədər insani ola bilərmi?
Bu hissiyyat içində vücudumla və ruhumla toxunduğum həyat heç vaxt tam qavraya bilmədiyim, itirməkdən qorxduqca daha çox sevdiyim bir sehr kimi bütün varlığıma hopub.
Yolun sonunda peşmanlıq içində geriyə boylanmadan gözünü yumub dərindən nəfəs alıb "yaşadım" deyə bilməyin möcüzəvi duyğusu...
Elə səmimi, elə tənha, elə özünəməxsus, elə ağrılı və həm də elə şəfalı...
Bütün bunların içindən keçəndən sonra artıq bilirəm: Yaşamaq əslində məcburi öhdəlik deyil, seçimdir, qürurdur, inaddır, eşqdir, nə olursa olsun, həmişə varlığını hiss etdirən tək həqiqətdir.
Və hər nədirsə, zarafata vurulub gözardı ediləsi məfhum deyil...
Tam oxu
Xəbəri oxu