Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baku.tv Rəqəmsal Media Məktəbində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə sakinlərinə “Yaşatmaq uğrunda!” layihəsi çərçivəsində sonuncu təlim keçilib.
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın da qatıldığı təlimdə media eksperti Azər Cabbarovun bugünkü mövzusu “Televiziya real həyatda: montajçı, video redaktor kimdir?” olub.
Montajçı kimdir, nə iş görür istiqamətində qoyulan suallara təlimçi bu sahədə televiziya tarixindən müasir dövrə qədər olan texniki inkişaf yolunu danışmaqla izah verib.
Video redaktorun müasir dövrdə istifadə etdiyi texniki terminlər, montaj prosesinin incəliklərindən danışıb.
Daha sonra Baku.tvnin montaj komandasının rəhbəri 11 ildir müxtəlif televiziyalarda montaj redaktoru kimi fəaliyyət göstərən Vilayət Babayev əvvəlcə bir montaj mütəxəssisi kimdir, bu sahədə çalışanlar xüsusən necə ixtisaslaşıb mövzusunda yeniyetmə qızları maarifləndirib.
Daha sonra televiziyanın montaj redaktorlarının iş prosesi ilə onları tanış edib.
Təlim iştirakçıları fərdi şəkildə montaj prosesini izləməklə yanaşı, eyni zamanda özləri də montaj redaktoru olaraq təcrübə keçiblər.