Icma.az
close
up
RU
“Yaşatmaq uğrunda” layihəsində təlimlər bitti FOTOLAR

“Yaşatmaq uğrunda” layihəsində təlimlər bitti FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baku.tv Rəqəmsal Media Məktəbində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə sakinlərinə “Yaşatmaq uğrunda!” layihəsi çərçivəsində sonuncu təlim keçilib.

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist-aparıcı Günel Gözəlovanın da qatıldığı təlimdə media eksperti Azər Cabbarovun bugünkü mövzusu “Televiziya real həyatda: montajçı, video redaktor kimdir?” olub.

Montajçı kimdir, nə iş görür istiqamətində qoyulan suallara təlimçi bu sahədə televiziya tarixindən müasir dövrə qədər olan texniki inkişaf yolunu danışmaqla izah verib. Video redaktorun müasir dövrdə istifadə etdiyi texniki terminlər, montaj prosesinin incəliklərindən danışıb.

Daha sonra Baku.tvnin montaj komandasının rəhbəri 11 ildir müxtəlif televiziyalarda montaj redaktoru kimi fəaliyyət göstərən Vilayət Babayev əvvəlcə bir montaj mütəxəssisi kimdir, bu sahədə çalışanlar xüsusən necə ixtisaslaşıb mövzusunda yeniyetmə qızları maarifləndirib. Daha sonra televiziyanın montaj redaktorlarının iş prosesi ilə onları tanış edib. Təlim iştirakçıları fərdi şəkildə montaj prosesini izləməklə yanaşı, eyni zamanda özləri də montaj redaktoru olaraq təcrübə keçiblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan “Yaşatmaq uğrunda!” layihəsi üzrə uşaq evi sakinlərinə 18 təlim keçilib. 1 iyun-31 avqust 2025-ci il tarixlərində icrası nəzərdə tutulan layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edib.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların azad və sağlam ruhlu yaşaması uğrunda icra olunan “Yaşatmaq uğrunda!” layihəsinin əsas məqsədi gender quruculuğu, qızların əlavə təhsilinə, eləcə də yeni bacarıqların – gələcəyə yönəlik məşğulluğun öyrədilməsi, 15-17 yaş arası təkbaşına həyatla mübarizəyə qoşulacaq qızların uğurlu gələcəyə inamını təmin etməkdir.

Qarşıda Uşaq evi sakinlərinin özgüvənləri və onların həyatda özlərini sübut edə bilmələrinə dəstək, eyni zamanda gələcəkdə iş imkanlarının açılması, əlaqələrinin qurulması məqsədilə onların tanınmış şəxslər, media mənsubları ilə 2 görüşünün təşkil olunması planlaşdırılıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri