Yaşayan əfsanə Ziya Quliyevin DÖYÜŞ YOLU | Icma.az
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Doğma yurdumuz Azərbaycanın igid, vətənpərvər və fədakar övladlarından olan Xüsusi Təy
Qartal baxışlılardan…Hərbi fəaliyyəti ikinci Qarabağ müharibəsinin ilk günlərindən ən son döyüşlərə qədər zamanı əhatə edir.44 günlük mühari
Suqovuşan ərazisindən başlayaraq düşmənin nəfəsini kəsənlərdən, yalançını mənzilinə qədər qovanlardandır Ziya Quliyev.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı kimi tanınan əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürənlərin sırasındandır Ziya Quliyev .Erməni bölmələrinin şimal istiqamətində ən güclü müdafiə xətti Çiləbürt– Qızıloba-Seysulan istiqaməti idi.
Qarabağ uğrunda gedən döyüşlərdə Ordumuzun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini, eləcə də Seysulan məntəqəsini azad edən oğullarındandır o, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirənlərin siyahısında öndə gedən.2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmasında can qoyan igidlərdən.
28 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri ilə Qarabağda qanunsuz silahlı birləşmələr arasında epizodik döyüşün nəticəsində erməni tərəfdən dörd nəfər həlak olub, Azərbaycan tərəfdən isə bir nəfər yaralanır.
Hərbçisi yaralanandan sonra ordumuz “Qəzəb” əməliyyatını həyata keçirir.
Qəzəbin qisasını alanlardandır Ziya Quliyev.Sentyabrın 19-u 2023-cü il tarixdə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.
Tam oxu
Xəbəri oxu