Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Yaşayan əfsanə Ziya Quliyevin DÖYÜŞ YOLU

Yaşayan əfsanə Ziya Quliyevin DÖYÜŞ YOLU

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Doğma yurdumuz Azərbaycanın igid, vətənpərvər və fədakar övladlarından olan Xüsusi Təyinatlıların igid əsgəri Ziya Telman oğlu Quliyev…
44 günlük müharibədən son antiterrora qədər canını,qanını Vətənə fəda etməyə hazır vəziyyətdə şərəflə döyüşən oğuldan danışacam sizə. Qartal baxışlılardan…
Hərbi fəaliyyəti ikinci Qarabağ müharibəsinin ilk günlərindən ən son döyüşlərə qədər zamanı əhatə edir.
44 günlük müharibə kimi tarixə düşən döyüşlərdən başlayır onun qəhrəmanlıq salnaməsi. Suqovuşan ərazisindən başlayaraq düşmənin nəfəsini kəsənlərdən, yalançını mənzilinə qədər qovanlardandır Ziya Quliyev. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı kimi tanınan əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürənlərin sırasındandır Ziya Quliyev .
Erməni bölmələrinin şimal istiqamətində ən güclü müdafiə xətti Çiləbürt– Qızıloba-Seysulan istiqaməti idi. Qarabağ uğrunda gedən döyüşlərdə Ordumuzun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini, eləcə də Seysulan məntəqəsini azad edən oğullarındandır o, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirənlərin siyahısında öndə gedən.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmasında can qoyan igidlərdən.
28 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri ilə Qarabağda qanunsuz silahlı birləşmələr arasında epizodik döyüşün nəticəsində erməni tərəfdən dörd nəfər həlak olub, Azərbaycan tərəfdən isə bir nəfər yaralanır. Hərbçisi yaralanandan sonra ordumuz “Qəzəb” əməliyyatını həyata keçirir. Qəzəbin qisasını alanlardandır Ziya Quliyev.
Sentyabrın 19-u 2023-cü il tarixdə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edənlərdəndir Ziya Quliyev.
Bütün bu şücaətlərinin nəticəsidir ki, Ziya Quliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları, həmçinin, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Əfsanəvi döyüşçülərdən sayılan Ziya Quliyev həm də, 2020-ci ildə paytaxt Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Zəfər Paradında XTQ-nin tərkibində iştirak etmişdir.
Ehtiyatda olan baş leytenant Həsənov Yusifin dediklərindən: “O zamanlar Ziya qumbaraatan idi. Heç bir döyüşdə onu arxa planda saxlaya bilmədik. Düşmənin bir addımlığında olmağı seçirdi, əlində silah bir addım da geri çəkilmədi. Hər kəs bir silahla döyüşərkən Ziya Quliyev iki-üç silahı birdən idarə edirdi. Düşmənlə göz-gözə, nəfəs-nəfəsə dayandı, ən çətin məqamlardan üzüağ çıxmağı bacardı.”
Bir əsgər düşünün, yaralı əsgər dostunu döyüş meydanından döyüşə-döyüşə xilas edir. Bir əli güllə atır, bir əli yaralı daşıyır.
Dostu deyir, Ziya olmasaydı, mənim həyatım elə ordaca bitmişdi. Göydə Allah, yerdə Ziyadır mənim xilaskarım.
Ən dar məqamlarda, ən çətin döyüşlərdə sinəsini qabağa verdi atıcı kimi irəlidə getməyi seçdi.Düşmənin silahını götürüb irəli atıldı, qana-qan dedi. Onu geridə saxlamaq mümkün olmadı, düşmənin postlarını darmadağın edirdi.
Son antiterror döyüşündə çiynində yaralı daşıyan, dörd saat döyüşə bilən oğul mənim vətənimin oğlu ola bilərdi ancaq.
Bəli, mən ona Vətən oğlu deyirəm, bu cür igidi ancaq mənim Vətənim—Azərbaycan yetişdirə bilər, türk oğlu türkdür o. Fəxr edirik, qürurluyuq, sizin kimi oğulları yetişdirən torpağı kimsə əzə, millətini yox saya bilməz. Başımızı dik, alnımızı açıq edənlərə bir ömür borcluyuq; yolun yolumuzdur, Vətən oğlu, can qoyduğun torpağın hər qarışı halalın olsun. Cəfasını çəkdiyin torpaqda səfa sürən hər kəsə sən də haqqını halal et. Sənin qol qoyduğun yola da bizim baş qoymağımız boynumuzun borcu olsun; hələ ki ancaq şəninə yazı yazmaq gəlir əlimdən.
Gülər Mübariz

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri