Yaşayış ərazisində təhlükəli manevrlər edən sürücü 10KP120 VİDEO

10.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakıda kobud qayda pozuntuları törədən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. 

Avtosfer.az-ın məlumatına görə, 10-KP-120 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. 
Bakıxanov qəsəbəsi ərazisində qeydə alınmış görüntüdə o, gah sağa, gah da sola manevr edərək hərəkətdə olan nəqliyyat vasitələrini ötüb. Yaşayış zonasında çəkilmiş digər kadrda isə, sürücü avtoxuliqanlığa meyilli hərəkətlər edib. Nəticədə o, yoldan keçən piyadalara və park edilmiş maşınlara təhlükə yaradıb.

Qeyd edək ki, sürücünün törtdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizamlanır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью