Yaşayış ərazisində təhlükəli manevrlər edən sürücü 10KP120 VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakıda kobud qayda pozuntuları törədən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 10-KP-120 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb.
Bakıxanov qəsəbəsi ərazisində qeydə alınmış görüntüdə o, gah sağa, gah da sola manevr edərək hərəkətdə olan nəqliyyat vasitələrini ötüb. Yaşayış zonasında çəkilmiş digər kadrda isə, sürücü avtoxuliqanlığa meyilli hərəkətlər edib. Nəticədə o, yoldan keçən piyadalara və park edilmiş maşınlara təhlükə yaradıb.
Qeyd edək ki, sürücünün törtdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizamlanır.
Nərmin

Yaşayış ərazisində “sağ sol” edib ictimai asayişi pozan sürücü 10 XN 927 VİDEO
04 Aprel 2025 18:06
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs olunub VİDEO
19 Yanvar 2025 13:58
Gecə saatlarında BIÇAQLANMA: Yaşayış massivi ərazisində tanışının qanını tökdü
23 Mart 2025 19:17
Yaşayış yerində sərt manevrlər edib duman işıqları ilə “şou” göstərən sürücü 10 FM 021 VİDEO
15 Aprel 2025 16:34
Təhlükəli vəziyyət: Yaşayış binasının həyəti çökdü VİDEO
20 Fevral 2025 00:35

