“Yaşıl” keçidə yaşıl işıq! | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Energetika Nazirliyinin 2025-ci ilin 9 ayı ərzində Azərbaycanda enerji istehsalı və ixracı ilə bağlı operativ məlumatına əsasən, hesabat dövründə ölkənin bərpa olunan enerji mənbələri üzrə 724,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Bunun da 30,5 milyon kilovat-saatı külək, 511 milyon kilovat-saatı günəş elektrik stansiyalarının, 183,3 milyon kilovat-saatı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb.
Bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının artması ölkəmizin bu sahədəki zəngin potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır.
Bu baxımdan 2023-cü ilin oktyabr ayında istismara buraxılmış “Qaradağ” Günəş Elektrik Stansiyasının fəaliyyəti diqqət çəkir.
Təkcə onu qeyd etmək kifayətdir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə olan bu stansiyada ötən müddətdə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ölkəmizdə günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artması deməkdir.
Energetika naziri Pərviz Şahbazovun bildirdiyinə görə, qarşıdakı iki il ərzində ölkədə “yaşıl enerji”nin inkişafının birinci mərhələsi çərçivəsində 10 günəş və külək elektrik stansiyasının inşası uğurla başa çatdırılacaq.
Artıq 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin sonunadək tam istismara verilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Tam oxu
Xəbəri oxu