Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Yaşıl” keçidə yaşıl işıq!

“Yaşıl” keçidə yaşıl işıq!

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Energetika Nazirliyinin 2025-ci ilin 9 ayı ərzində Azərbaycanda enerji istehsalı və ixracı ilə bağlı operativ məlumatına əsasən, hesabat dövründə ölkənin bərpa olunan enerji mənbələri üzrə 724,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bunun da 30,5 milyon kilovat-saatı külək, 511 milyon kilovat-saatı günəş elektrik stansiyalarının, 183,3 milyon kilovat-saatı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb.

Bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının artması ölkəmizin bu sahədəki zəngin potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. Bu baxımdan 2023-cü ilin oktyabr ayında istismara buraxılmış “Qaradağ” Günəş Elektrik Stansiyasının fəaliyyəti diqqət çəkir. Təkcə onu qeyd etmək kifayətdir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin inşa etdiyi 230 meqavat gücündə olan bu stansiyada ötən müddətdə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ölkəmizdə günəş enerjisindən elektrik enerjisi istehsalının 10 dəfə artması deməkdir.

Energetika naziri Pərviz Şahbazovun bildirdiyinə görə, qarşıdakı iki il ərzində ölkədə “yaşıl enerji”nin inkişafının birinci mərhələsi çərçivəsində 10 günəş və külək elektrik stansiyasının inşası uğurla başa çatdırılacaq. Artıq 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin sonunadək tam istismara verilməsi üçün hazırlıq işlərinə başlanılıb. Xatırladaq ki, inşası Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən aparılan stansiyanın Abşeron və Xızı sahələrində, ümumilikdə, 37 turbinin quraşdırılması nəzərdə tutulur ki, bunun da 35-i artıq istismara hazır vəziyyətdədir. Digər 2 turbinin quraşdırılması isə bu ay ərzində başa çatdırılacaq. Bununla yanaşı, stansiyanın iki 220/33 kilovoltluq yarımstansiyasından biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq.

P.Şahbazov, həmçinin “Masdar” şirkətinin icra etdiyi 445 meqavatlıq “Biləsuvar” və 315 meqavatlıq “Neftçala” günəş elektrik stansiyalarının, eləcə də 240 meqavatlıq “Abşeron-Qaradağ” külək elektrik stansiyalarında və BP-nin Cəbrayılda inşa etdiyi 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasında həyata keçirilən tikinti-quraşdırma işləri ilə bağlı da məlumat verib. Qeyd olunub ki, sözügedən stansiyaların 2026-2027-ci illərdə istismara buraxılması nəzərdə tutulur ki, bu da ümumi elektrik enejisinin istehsalında “yaşıl enerji”nin payının əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq.

Yaxın zamanlarda isə Cəbrayılda hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlinin qoyulması planlaşdırılır. Nazirin sözlərinə görə, ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 meqavatlıq “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 meqavat gücündə daha bir günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Energetika naziri deyib ki, bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpaolunan enerjinin payı 33,7 faizə çatacaq. Həmin stansiyalardan əldə olunacaq illik 5 milyard kilovat-saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət ediləcək ki, bu da 2,3 milyon tonadək emissiyanın azaldılmasına imkan yaradacaq.

P.Şahbazov onu da bildirib ki, ölkəmizdə bərpaolunan enerji güclərinin yaradılması prosesi ilk mərhələdən etibarən onların enerji sisteminə inteqrasiyası və şəbəkə infrastrukturunun gücləndirilməsi ilə sıx vəhdətdə həyata keçirilir. Onun sözlərinə görə, 2 qiqavatlıq bərpaolunan enerji gücünün idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat-saat saxlama həcminə malik batareya sistemlərinin qurulması, həmçinin Dünya Bankının dəstəyi ilə 1 qiqavat gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulması üçün elektrik verilişi xətləri, habelə 500/300 kilovoltluq “Nəvahi” yarımstansiyası və əlaqələndirici xətlərin tikintisini ehtiva edən AZURE layihəsinin həyata keçirilməsi bu sahədə görülən əsas tədbirlərdəndir. Bütün bunlar isə 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir.

Yaxın gələcəkdə ölkəmizin, həm də “yaşıl enerji” ixracatçısına çevriləcəyini bildirən energetika naziri qeyd edib ki, planlaşdırılan 6 qiqavatdan çox gücün 4 qiqavatının 2032-ci ildən etibarən mərhələli şəkildə “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına başlanması nəzərdə tutulur. Onun sözlərinə görə, Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir. Artıq “GECO Green Energy Company” birgə müəssisəsi tərəfindən layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin 10 illik inkişaf planına daxil edilməsi üçün müraciət olunub.

Nazir onu da bildirib ki, Azərbaycan Prezidentinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə uzlaşan Transxəzər Enerji Dəhlizi tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri