Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Yaşıl taksonomiyalar nə üçün lazımdır?
Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini "yaşıllaşdırmaq" və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud layihələri müəyyən etmək üçün əvvəlcədən müəyyən edilmiş hədlərə əsaslanan bir təsnifat vasitəsidir.
Təmiz Hava Siyasəti Mərkəzinə (CCAP) əsasən , dayanıqlı maliyyə taksonomiyalarının bir alt kateqoriyası olan "yaşıl taksonomiyalar" dayanıqlı sərmayələr üçün dəqiq milli standartlar müəyyən etməklə, təmiz enerji, innovativ texnologiyalar və dayanıqlı infrastruktur daxil olmaqla, aşağı-karbonlu həllərə özəl kapitalın yönləndirilməsini təşviq edir.
Yaşıl taksonomiyalar strateji əhəmiyyət kəsb edən əsas mexanizmlərdən birinə çevrilərək və maliyyə dayanıqlığının təşviqində kritik alət kimi çıxış edərək, aşağıdakı əsas məqsədlərə xidmət edirlər: • Taksonomiyalar "yaşıl yuma" (greenwashing) riskinin qarşısının alınmasına kömək edir; • Taksonomiyalar investorların məlumatlı və əsaslandırılmış investisiya qərarları vermələrinə dəstək olur; • Taksonomiyalar maliyyə axınlarının davamlı və ya yaşıl iqtisadi fəaliyyətlərə və aktivlərə yönəldilməsini təmin edir.
Təmiz Hava Siyasəti Mərkəzinin (Center for Clean Air Policy - CCAP) 2024-cü il üçün açıqladığı məlumatlara əsasən (bax: Şəkil 1), hazırda 53 ölkədə yaşıl taksonomiyalar mövcuddur və müzakirə mövzusudur.
Bunlardan 24 yurisdiksiyada yaşıl taksonomiya artıq qəbul edilib, 24 yurisdiksiyada hazırlanma mərhələsindədir, 5 yurisdiksiyada isə planlaşdırma prosesi davam edir.
Şəkil 1: Davamlı Maliyyə Taksonomiyalarının qlobal mənzərəsi, 2024, Təmiz Hava Siyasəti Mərkəzi - Center for Clean Air Policy (CCAP) Mərkəzi Bankın Yaşıl Taksonomiyası Mərkəzi Bankının Yaşıl Taksonomiyası ("Taksonomiya") Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanmışdır və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank tərəfindən təsdiqlənmişdir.