Icma.az
close
up
RU
Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru

Yaşıl Taksonomiya: dayanıqlı inkişaf və yaşıl keçid üzrə strateji hədəflərə doğru

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaşıl taksonomiyalar nə üçün lazımdır? 
Beynəlxalq miqyasda yaşıl taksonomiyalar maliyyə sistemini "yaşıllaşdırmaq" və maliyyə resurslarını dayanıqlı iqtisadi fəaliyyətlərə yönəltmək üçün olduqca vacib vasitədir. Beynəlxalq Kapital Bazarları Assosiasiyasına (ICMA) əsasən  yaşıl taksonomiyalar iqlim, ətraf mühit, sosial və ya dayanıqlı məqsədlərə töhfə verən fəaliyyətlər, aktivlər, yaxud layihələri müəyyən etmək üçün əvvəlcədən müəyyən edilmiş hədlərə əsaslanan bir təsnifat vasitəsidir. Təmiz Hava Siyasəti Mərkəzinə (CCAP) əsasən , dayanıqlı maliyyə taksonomiyalarının bir alt kateqoriyası olan "yaşıl taksonomiyalar" dayanıqlı sərmayələr üçün dəqiq milli standartlar müəyyən etməklə, təmiz enerji, innovativ texnologiyalar və dayanıqlı infrastruktur daxil olmaqla, aşağı-karbonlu həllərə özəl kapitalın yönləndirilməsini təşviq edir. 

Yaşıl taksonomiyalar strateji əhəmiyyət kəsb edən əsas mexanizmlərdən birinə çevrilərək və maliyyə dayanıqlığının təşviqində kritik alət kimi çıxış edərək, aşağıdakı əsas məqsədlərə xidmət edirlər:
• Taksonomiyalar "yaşıl yuma" (greenwashing) riskinin qarşısının alınmasına kömək edir;
• Taksonomiyalar investorların məlumatlı və əsaslandırılmış investisiya qərarları vermələrinə dəstək olur;
• Taksonomiyalar maliyyə axınlarının davamlı və ya yaşıl iqtisadi fəaliyyətlərə və aktivlərə yönəldilməsini təmin edir.

Təmiz Hava Siyasəti Mərkəzinin (Center for Clean Air Policy - CCAP) 2024-cü il üçün açıqladığı məlumatlara əsasən  (bax: Şəkil 1), hazırda 53 ölkədə yaşıl taksonomiyalar mövcuddur və müzakirə mövzusudur. Bunlardan 24 yurisdiksiyada yaşıl taksonomiya artıq qəbul edilib, 24 yurisdiksiyada hazırlanma mərhələsindədir, 5 yurisdiksiyada isə planlaşdırma prosesi davam edir.

Şəkil 1: Davamlı Maliyyə Taksonomiyalarının qlobal mənzərəsi, 2024, Təmiz Hava Siyasəti Mərkəzi - Center for Clean Air Policy (CCAP)

Mərkəzi Bankın Yaşıl Taksonomiyası

Mərkəzi Bankının Yaşıl Taksonomiyası ("Taksonomiya") Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin iştirakı və Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanmışdır və 2024-cü il 7 noyabr tarixində Mərkəzi Bank tərəfindən təsdiqlənmişdir. 
Taksonomiya həm maliyyə, həm də qeyri-maliyyə bazarı iştirakçıları və maraqlı tərəflər üçün fəaliyyətin, layihələrin, aktivlərin və ya portfelin ölkənin, eləcə də dünyanın ekoloji və dayanıqlılıq məqsədlərinə uyğunluğunu qiymətləndirmək və açıqlamaq üçün istiqamətləndirici çərçivə rolunu oynayır. 
Taksonomiyanın istifadəsi və ona uyğunluğun təmin edilməsi könüllüdür və onun subyektləri üçün tövsiyə xarakteri daşıyır. Eyni zamanda, tənzimləyici dövlət qurumları müvafiq sahə üzrə dövlət siyasətlərini həyata keçirərkən Taksonomiyaya uyğun fəaliyyətləri uyğunluq meyarı kimi istifadə edə bilər;  həmçinin dövlətə məxsus və ya özəl müəssisələr özlərinin korporativ məqsədləri (məsələn, xarici ölkəyə məhsul ixracı, xarici mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və s.) çərçivəsində könüllü qaydada fəaliyyətlərini Taksonomiyanın şərtlərinə uyğunlaşdıra bilər.

Taksonomiyanın əsas məqsəd və prinsipləri

Taksonomiya, iqlim dəyişikliyinin mitiqasiyasından başlayaraq, iqlim dəyişikliyinə adaptasiya, su və dəniz ehtiyatlarının dayanıqlı idarə olunması və qorunması, dairəvi iqtisadiyyata keçid, çirklənmənin qarşısının alınması və ona nəzarət, həmçinin biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi və bərpasına qədər bir sıra strateji məqsədləri hədəfləyir. Taksonomiyada onun aktuallığını, effektivliyini, milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğunluğunu təmin etmək üçün aşağıdakı prinsiplər rəhbər tutulur: 
- milli prioritetlərə uyğunlaşma - Taksonomiya milli qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, ölkənin iqlimini, ətraf mühiti və dayanıqlı inkişaf məqsədlərini holistik şəkildə əks etdirir 
- beynəlxalq öhdəliklərə uyğunlaşma - Taksonomiya ölkənin beynəlxalq öhdəliklərini, o cümlədən Paris Sazişi və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG) kimi qlobal çərçivələrini özündə ehtiva edir; eyni zamanda hər bir sektorun əhatə etdiyi SDG-ləri müəyyən edir. 
- dayanıqlılıq məqsədlərinə mühüm müsbət töhfələrin təmin edilməsi və zərərin qarşısının alınması - Taksonomiyada dəqiq ekoloji məqsədlər, müvafiq fəaliyyətin "əhəmiyyətli töhfə vermə" prinsipi vasitəsilə məqsədlərə əhəmiyyətli müsbət töhfələr verməsi, habelə "əhəmiyyətli zərər verməmə" prinsipi vasitəsilə digər məqsədlərə heç bir zərər vurulmaması və "minimum sosial təminatlar" (insan hüquqlarına hörmət; əmək hüquqlarının qorunması; işçilərə ədalətli münasibət) prinsipləri vasitəsilə sosial məqsədlərin həllinə yönəldiyi vurğulanır.

- qlobal səviyyədə digər taksonomiyalarla qarşılıqlı əlaqənin təmin edilməsi - Taksonomiya beynəlxalq kapitalın sərhədlərarası axınını təmin etmək üçün digər taksonomiyalarla müqayisəyə və qarşılıqlı fəaliyyət göstərməyə prioritetlik verir.
- müntəzəm təhlillərin aparılması - Taksonomiyanın gələcəkdə yenilənməsi zamanı və tam "yaşıllaşdırılması" üçün "keçid" fəaliyyətlərin daxil edilməsi nəzərdə tutulur. 

Taksonomiya üzrə müəyyən edilmiş sektorlar 

Taksonomiya ətraf mühit və dayanıqlıq məqsədlərə, eləcə də ölkənin sosial iqtisadı inkişafına töhfə verən əsas on sektoru (bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət; yaşıl nəqliyyat; dayanıqlı kənd təsərrüftatı, heyvandarlıq və akvakultura; biomüxtəlifliyin mühafizəsi; dairəvi iqtisadiyyat və tullantıların idarə olunması; yaşıl binalar və dayanıqlı tikinti; və yaşıl xidmətlərdir) müəyyən edir. Bu yanaşma, ölkənin dayanıqlı inkişaf prioritetlərinə uyğun fəaliyyətlərin effektiv qiymətləndirilməsini və təşviqini təmin edir.  Taksonomiya hər bir sektor üzrə müvafiq ölçülərin və ya spesifikasiyaların daha da genişləndirilməsini nəzərdə tutur, habelə müvafiq sahədə milli standartların, siyasətlərin və ya qaydaların mövcud olmadığı hallarda, müvafiq qlobal təcrübələrə və ölkə nümunələrinə istinad edilməsini nəzərdə tutur.
 Taksonomiyanın istifadəçiləri:
Taksonomiyanın əsas hədəf istifadəçiləri (subyektləri) maliyyə bazarları iştirakçılarıdır:
- banklar və bank olmayan kredit təşkilatları, kredit ittifaqları; 
- fond bazarı iştirakçıları - investisiya şirkətləri, investisiya fondları və investisiya fondlarının idarəçiləri; 
- sığorta bazarının peşəkar iştirakçıları; 
- kredit büroları və klirinq təşkilatları; 
- Mərkəzi Bankın nəzarət etdiyi digər subyektlər - ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları. 
Taksonomiyadan istifadə edə bilən ikinci dərəcəli iştirakçılar dövlət orqanları, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları, audit, verifikasiya və sertifikatlaşdırma xidməti göstərən xidmət təminatçıları və digər hüquqi şəxslərdir.

Taksonomiyadan istifadə istiqamətləri:

- şirkətlər tərəfindən özlərinin biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun ictimaiyyətə açıqlanması; 
- şirkətlər tərəfindən korporativ yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması;
- yaşıl investisiya imkanları axtaran investorları cəlb etmək üçün nəzərdə tutulan layihənin taksonomiyanın meyar və prinsiplərinə uyğunluğunun nümayiş edilməsi; 
- aktiv sahibləri tərəfindən maliyyələşdirdikləri fəaliyyətlərin Taksonomiya meyarlarına və prinsiplərinə uyğunluğunun təmin olunması; 
- investorlar tərəfindən müsbət ekoloji nəticələr yaratmağı hədəfləyən dayanıqlı investisiyaların nəzərdən keçirilməsi və müəyyən edilməsi; 
- dövlət büdcəsi vəsaitlərinin istifadəsinin yaşıl keçid və dayanıqlılıq məqsədləri ilə uyğunlaşdırılması; 
- ölkədə sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək fondlarının vəsaitlərinin ekoloji və dayanıqlılıq məqsədlərini dəstəkləyən layihələr və fəaliyyətlərə istiqamətləndirilməsi. 

Yaşıl fəaliyyət kimi tanınmağın əsas şərtləri nədir?

Taksonomiyaya əsasən hər hansı fəaliyyətin yaşıl fəaliyyət kimi tanınması üçün o müvafiq üç mərhələlərdən keçməklə əsas şərtlərə cavab verməlidir. 
1-ci mərhələdə ətraf mühit məqsədlərinə əhəmiyyətli töhfə verilməsi - fəaliyyət ilk növbədə bir və ya bir neçə ekoloji məqsədə əhəmiyyətli töhfə verdiyini nümayiş etdirilməlidir (məsələn, ənənəvi enerji mənbələrinin bərpa olunan enerji ilə əvəz edilməsi və ya tullantı sularının təmizlənməsi kimi təşəbbüslər).
2-ci mərhələdə Ətraf Mühit Zərərsizliyi (ƏZV) prinsipinin təmin olunması - fəaliyyətin icrası zamanı bir ekoloji məqsədə töhfə verərkən digər ekoloji məqsədlərə zərər vurulmasına yol verilməməlidir (məsələn, enerji səmərəliliyi təşəbbüsləri zamanı hava və ya su çirklənməsinin artırılmaması təmin edilməlidir).
3-cü mərhələdə Müxtəlif Sosial Tələblər (MST) prinsipinə riayət etmə - Taksonomiyaya uyğunlaşdırılmış yaşıl fəaliyyətlər insan hüquqlarına və əmək standartlarına riayət etməlidir. MST iqtisadi fəaliyyətlərin ekoloji məqsədlərə töhfə verərkən, etik və inklüziv sosial təcrübələri də dəstəkləməsinə kömək etməlidir (məsələn, meşəsalma layihələri yerli icmaları cəlb etməli və yerdəyişməyə səbəb olmadan onların hüquqlarını qorumalıdır və/və ya yaşıl texnologiya təchizat zəncirləri təhlükəsiz iş şəraitini təmin etməli və əməyin istismarının qarşısını almalıdır).
Sektorlar üzrə qiymətləndirmə meyarları hansılardır?

Taksonomiya sektorlar üzrə qiymətləndirmə meyarlarının detallı təhlilini təqdim edir və hər bir sektor üçün Texniki Baxış Meyarları (TBM), ƏZV və MST əsasında qiymətləndirmə meyarları müəyyən edir. Bu meyarlar sektorların Taksonomiyaya uyğunluğunu qiymətləndirmək üçün alət rolunu oynayırlar. Belə ki, sektorun "yaşıl" kimi təsnif edilməsi üçün ilk növbədə TBM-ə, ƏZV və MST prinsiplərinə uyğun olmalıdır. Daha sonra müvafiq sektorun Taksonomiyaya uyğunluğu altı mərhələ üzrə həyata keçirilməlidir:

- sektorun dəqiq müəyyən edilməsi
- iqtisadi fəaliyyət növləri təsnifatı (NACE)  kodunun təyin edilməsi və uyğunluğun təsdiqlənməsi
- meyarların tələblərini anlamaq üçün spesifik nümunələrin və müvafiq təcrübələrin nəzərdən keçirilməsi
- texniki standartlara uyğunluğun qiymətləndirilməsi
- ƏZV və MST prinsiplərinə uyğunluğun qiymətləndirilməsi
- layihənin texniki standartlara və prinsiplərə uyğunluğunu təsdiqləyən sənədlərin sistemli hazırlanması.
Son olaraq vurğulamaq lazımdır ki, Mərkəzi Bankın Yaşıl Taksonomiyası Azərbaycanın dayanıqlı və yaşıl iqtisadiyyata keçidini dəstəkləyən strateji bir alətdir. Bu Taksonomiya iqtisadi fəaliyyətlərin ətraf mühitə və sosial rifaha müsbət təsirini təmin etməklə, bazar iştirakçılarını, o cümlədən biznesləri milli və beynəlxalq dayanıqlılıq məqsədlərinə uyğun hərəkət etməyə təşviq edir. Mərkəzi Bankın bu təşəbbüsü ölkənin qlobal iqlim və dayanıqlılıq problemlərinin həllindəki mövqeyini möhkəmləndirir və uzunmüddətli ekoloji və sosial faydaları təmin edir.

Leyla Sadıxova
Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə 
Komissiyasının ESG standartları üzrə altqrupunun üzvü, 
CSRD Sertifikatlaşdırılmış ESG eksperti

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://news.milli.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see140

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see135

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see131

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see130

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see129

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see128

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see125

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see124

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see124

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see122

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see122

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see121

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see121

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see121

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see119

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see119

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see118

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see116

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri