Azxeber.com saytına istinadən Icma.az xəbər verir. Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (I
AZXEBER.COM xəbər verir ki, seminarda Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikaları təmsil olunur.
İki günlük seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, "yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır.
STEAM İnnovasiya Mərkəzində baş tutan seminarın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxış ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında bildirib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasında "yaşıl” və dayanıqlı inkişaf əsas hədəflərdən biri kimi müəyyən edilib.
Strategiya enerji keçidindən tutmuş alternativ enerji mənbələrindən istifadəyə və təhsil proqramlarında müvafiq dəyişikliklərin aparılmasınadək bir sıra istiqamətləri əhatə edir.
Nazir müavini qeyd edib ki, STEAM təhsilinin genişlənməsi bu strateji sənədlərin icrası nəticəsində mümkün olub.
Həsən Həsənli iqlim dəyişikliyi və təhsildə qlobal çağırışların öhdəsindən gəlmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin su ehtiyatlarından səmərəli istifadə və bu istiqamətdə həyata keçirilən maarifləndirmə layihələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.