Icma.az
close
up
RU
“Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

“Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə "Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işinə başlayıb. 

AZXEBER.COM xəbər verir ki, seminarda Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikaları təmsil olunur. 

İki günlük seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, "yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır. 

STEAM İnnovasiya Mərkəzində baş tutan seminarın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə, İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxış ediblər. 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında bildirib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyasında "yaşıl” və dayanıqlı inkişaf əsas hədəflərdən biri kimi müəyyən edilib. Strategiya enerji keçidindən tutmuş alternativ enerji mənbələrindən istifadəyə və təhsil proqramlarında müvafiq dəyişikliklərin aparılmasınadək bir sıra istiqamətləri əhatə edir.

Nazir müavini qeyd edib ki, STEAM təhsilinin genişlənməsi bu strateji sənədlərin icrası nəticəsində mümkün olub. Həsən Həsənli iqlim dəyişikliyi və təhsildə qlobal çağırışların öhdəsindən gəlmək üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb, həmçinin su ehtiyatlarından səmərəli istifadə və bu istiqamətdə həyata keçirilən maarifləndirmə layihələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

İSESKO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxış edərək bildirib ki, təhsil dəyişiklik yaratmaq üçün ən güclü və davamlı qüvvədir. O qeyd edib ki, iqlim böhranı dünyanın, təbiətin və cəmiyyətlərin gələcəyini təhdid edir. Bu səbəbdən biz ənənəvi tədris yanaşmalarından kənara çıxaraq davamlılıq, ekoloji məsuliyyət və iqlim dözümlülüyünü təhsil sistemlərinin mərkəzinə daxil etməliyik. ‘Yaşıl təhsil’ sadəcə bir konsepsiya deyil, zərurətdir. 

Məryəm Qafarzadə vurğulayıb ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və qonşu regionları əhatə edən İSESKO-nun Bakı Regional Ofisi təhsilin iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı rol oynaması üçün vacib platformadır.

İSESKO-nun Təhsil sektorunun rəhbəri Heddi Jatu Sey çıxışında bildirib ki, bu dövrdə təhsil artıq sadəcə öyrətmək vasitəsi deyil, həm də cəmiyyətlərin və sistemlərin transformasiyası üçün əsas gücə çevrilməlidir. Heddi Jatu Sey qeyd edib ki, İSESKO Kembric Universiteti ilə əməkdaşlıq çərçivəsində "Yaşıl təhsil siyasəti” sənədini hazırlayıb və bu sənəd üzv dövlətlərə iqlim dəyişikliyi ilə mübarizədə dəstək məqsədi daşıyır. O bildirib ki, İSESKO-nun təhsil sahəsindəki bölmələri üzv dövlətlərin iqlim fəaliyyətini təhsil proqramlarına daxil etməsi üçün böyük səylə çalışır. 

Açılışda həmçinin İSESKO və Kembric Universitetinin nümayəndələri tərəfindən "Yaşıl təhsil çərçivəsi və onun regional əhəmiyyəti” mövzusunda təqdimat olub.

Çıxışlardan sonra seminar öz işini interaktiv sessiyalarla davam etdirib. Sözügedən ölkələrin nümayəndələri "Yaşıl təhsil” üzrə milli təcrübə və nailiyyətlərini təqdim ediblər. Sessiyalar zamanı tədris proqramlarının, müəllim hazırlığının və məktəb infrastrukturunun "yaşıl təhsil” prinsipləri ilə uyğunlaşdırılması üzrə regional əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə "Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil ediləcək. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və "yaşıl təhsil”lə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 

Seminarın yekununda İSESKO və Elm və Təhsil Nazirliyi tərəfindən regional səviyyədə ümumi tövsiyələrin hazırlanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri