Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, komandanın əlcəzairli futbolçusu Yassin Benzia klubun rəsmi saytına açıqlama verib.30 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: “Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir.
Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram.
Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin “Lion” olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm.
Mən “Lion”un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir.
Orada qazandığım biliklər üçün hər zaman “Lion”a minnətdar olacam”.“Lion”dan sonra “Lill” və “Dijon”da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: “Lion”u və Fransa futbolunu çox yaxşı tanıyıram.
Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. “Lion”a qarşı matç bizim üçün çox vacib oyundur.