Icma.az
close
up
RU
Yassin Benzia: “hər zaman “Lion”a minnətdar olacam”

Yassin Benzia: “hər zaman “Lion”a minnətdar olacam”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, komandanın əlcəzairli futbolçusu Yassin Benzia klubun rəsmi saytına açıqlama verib.
30 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: “Mənim üçün “Lion”a qarşı oynamaq çox xüsusi hissdir. Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram. Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin “Lion” olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm. Mən “Lion”un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir. Orada qazandığım biliklər üçün hər zaman “Lion”a minnətdar olacam”.
“Lion”dan sonra “Lill” və “Dijon”da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: “Lion”u və Fransa futbolunu çox yaxşı tanıyıram. Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. “Lion”a qarşı matç bizim üçün çox vacib oyundur. Hazırda burada oynayıram və “Qarabağ”ı təmsil etdiyim üçün qürur duyuram. “Lion” çox yaxşı heyətə malikdir. Amma biz doğma azarkeşlərimiz önündə oynayırıq. Bizim də güclü komandamız var. Futbolda heç vaxt nə olacağını öncədən bilmək olmaz. Lakin bildiyimiz odur ki, bu oyunda 100% gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Kazimi Qudiyev: "Vitali indi öz klubunda yaxşı oynamalıdır" "Neftçi" Andre Şinyaşiki ilə yolları ayırıb Giorgi Kantariya: "Artıq uğursuz seriyaya son qoymalıyıq" - Müsahibə Tahir Gözel: "Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir" "Neftçi" meydançaya kənar şəxslər daxil olduğuna görə ziyana düşüb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Noyabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri