Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gündəlik həyatımızı bir düşünün, yuxudan qaldığımız andan etibarən başlayan təlaşımızı, yaşadığımız qovhaqovu, tələsdiyimiz, qaçdığımız anları.
Sizcə də həyatımız sürət qatarı kimi deyilmi? Müasir dünyanın sürət alışqanlığı, qaçaqaç mədəniyyəti bizə rəvan, aram, yavaş yaşama şansı ve
Əksəriyyətimiz işdə, evdə, mağazada qısa müddətdə daha çox iş görmək üçün mümkün qədər sürətli hərəkət etmirikmi?
Müasir cəmiyyətlərdə sürətli həyat tərzi bir çoxumuza zərurət kimi görünsə də, əslində hər kəsin qarşısını almalı olduğu təhlükəli vəziyyətdir.
Özünüzü daha yaxşı hiss etmək, sağlamlığınızı qorumaq və həyat rifahınızı artırmaq istəyirsinizsə, elə bu gündən yavaş yaşamağa başlamalısınız.
Xüsusilə böyük şəhərlərdə, meqapolislərdə yaşayan insanların yavaş həyat sisteminə keçməsi zəruridir.
Tədqiqatlar göstərir ki, daim sürətli tempdə yaşamaq, hər şeyi tələsərək etmək həm fiziki, həm də zehni sağlamlığa zərərlidir.