Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Yavaş həyat fəlsəfəsi insana nə qazandırır?

Yavaş həyat fəlsəfəsi insana nə qazandırır?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gündəlik həyatımızı bir düşünün, yuxudan qaldığımız andan etibarən başlayan təlaşımızı, yaşadığımız qovhaqovu, tələsdiyimiz, qaçdığımız anları. Sizcə də həyatımız sürət qatarı kimi deyilmi? Müasir dünyanın sürət alışqanlığı, qaçaqaç mədəniyyəti bizə rəvan, aram, yavaş yaşama şansı verirmi? Əksəriyyətimiz işdə, evdə, mağazada qısa müddətdə daha çox iş görmək üçün mümkün qədər sürətli hərəkət etmirikmi?

Müasir cəmiyyətlərdə sürətli həyat tərzi bir çoxumuza zərurət kimi görünsə də, əslində hər kəsin qarşısını almalı olduğu təhlükəli vəziyyətdir. Özünüzü daha yaxşı hiss etmək, sağlamlığınızı qorumaq və həyat rifahınızı artırmaq istəyirsinizsə, elə bu gündən yavaş yaşamağa başlamalısınız. Xüsusilə böyük şəhərlərdə, meqapolislərdə yaşayan insanların yavaş həyat sisteminə keçməsi zəruridir.

Tədqiqatlar göstərir ki, daim sürətli tempdə yaşamaq, hər şeyi tələsərək etmək həm fiziki, həm də zehni sağlamlığa zərərlidir. Bu, həm də o deməkdir ki, rəvan həyat tərzi ümumi sağlamlığa faydalıdır. Tələsmək streslidir, çünki bədənin hər an qəfil hadisəyə, tələsməyə start vəziyyətində dayanır. Bu, ürək döyüntüsünü artırır, qan təzyiqini qaldırır, əzələləri gərginləşdirir və stress hormonlarını ifraz edir. Daim tələsmək xroniki stressin fiziki və psixoloji təsirlərinə səbəb ola bilər.

Sürətli tempdə yaşamaq stress hormonu kimi də tanınan kortizol səviyyəsini artırır, daha yavaş həyat tərzi sürmək isə qan təzyiqini azaltmaqla kortizol səviyyəsini aşağı salmağa kömək edir. Başqa sözlə, sürətli həyat tərzi stressə səbəb olursa, yavaş həyat tərzi stressi azaldır. Digər tərəfdən, daha yavaş həyat tərzi sürmək hipokampus kimi beyin bölgələrini qoruyur, yaddaşı və öyrənmə qabiliyyətlərini yaxşılaşdırır, zehni sağlamlığı mühavizə edir.

Beyin tələskənliyi hiss etdikdə, həm də adrenalin ifraz edir. Adrenalin qısamüddətli enerji təmin edə bilsə də, davamlı olaraq istehsalı bədən üçün zərərli ola bilər. Sürətli və gərgin həyat sürmək xroniki stressə səbəb ola bilər. Bu, yüksək qan təzyiqi, ürək xəstəliyi, həzm problemləri və zəifləmiş immunitet sistemi kimi sağlamlıq problemləri deməkdir. Sürətli və narahat həyat tərzi, diqqəti cəmləməkdə çətinlik kimi psixoloji problemlərə də səbəb olur.

Bəs bu qədər sürətli yaşamağa öyrəşdiyimiz halda yavaş həyata necə nail ola, yavaş həyat fəlsəfəsini necə öyrənə bilərik? Günə sakit başlamaq rahat və tələsmədən bir gün keçirməyə kömək edə bilər. Əgər zəngli saatınızı mümkün ən son vaxta qurursunuzsa, yuxudan oyananda artıq gecikdiyinizin fərqində olub qəlyanaltı belə etmədən işə qaçırsınızsa gün boyu əhvalınız da qaçhaqaç tempdə olacaq. Günə rahat başlaya bilmək üçün həmişə oyandığınız saatdan bir qədər əvvəl oyanmağınız şərtdir. Gününüzə adət etdiyiniz vaxtdan çox yox, cəmi 15 dəqiqə tez başlasanız nə qədər rahatlıq qazandığınızın fərqində olacaqsınız.

Xüsusilə yemək yemə saatlarına əhəmiyyət vermək lazımdır. Əgər yemək vaxtınız qısadırsa, qarışıqdırsa və ya ayaqüstü qidalanırsınızsa bu tezlikdə səhhətinizdə özünü büruzə verəcək. Yavaş həyat tərzi fəlsəfəsini mənimsəmək üçün ilk növbədə bu adətinizi dəyişməli, kompüter, telefon və planşet kimi texnoloji cihazlar olmadan sakit nahar etməlisiniz. Bu yolla, tələsmədən, narahat olmadan və yeməkdən zövq alaraq nə yediyinizə və içdiyinizə daha çox diqqət yetirə bilərsiniz.

Eyni anda birdən çox iş görməyin, bu sizi daha çox yoracaq. Eyni anda birdən çox tapşırıq yerinə yetirmək beyninizə və zehni sağlamlığınıza mənfi təsir göstərə bilər və zamanla siz eyni anda 2-dən çox iş görməyə başlayacaqsınız. Bu isə eyni anda bir neçə hissəyə bölünmək və daha çox stress altına girmək deməkdir. Buna görə də, bir anda bir tapşırıq yerinə yetirməyə başlayın, sağlam zehinlə daha tez yerinə yetirəcək və sonra ikinci işə də yorulmadan başlayacaqsınız. Nəticədə nə olacaq: siz hər iki işi zamanında yetişdirəcəksiniz, lakin birincidə sizi yoran stress ikincidə sizə yaxın gəlməyəcək.

Vaxtınızdan daha şüurlu şəkildə istifadə edin. Gün ərzində prioritetlərinizi dəqiq müəyyənləşdirin və mütləq ehtiyat vaxt ayırın. Əgər bir işi 20 dəqiqəyə bitimək məcburiyyətiniz varsa bunu tələsmədən etməyiniz üçün ehtiyatda olan vaxtınız sizə kömək edəcək. 1 saatlıq işi 30 dəqiqəyə edə bilməyinizlə qürrələnməyin, bu sizə baha başa gələcək. Qənaət etdiyiniz hər dəqiqə, hər saat sizə bir xəstəlik qazandıra bilər. Vaxtınızı düzgün bölüşdürsəniz və potensial uğursuz işiniz olduqda belə o işi yenidən edə bilmək üçün ehtiyyatdakı zamanınız sizə lazım olacaq.

Diqqətli deyilsinizsə sizin həyatınız da çətin olacaq – etdiyiniz işi yenidən etməli olacaqsınız, diqqətsizlik edib nəyisə düz etmədiyiniz üçün. Dayanacaqda daha çox gözləməli olacaqsınız, evdən zamanında çıxıb avtobusa yetişmədiyiniz üçün. Qəlyanaltını ayaqüstü edəcəksiniz, yuxudan gec oyandığınız üçün. Diqqətsizlik sizi çox şeyin üstündən xətt çəkməyə vadar edəcək. Meditasiya və ya nəfəs məşqləri diqqətinizi toplamağa kömək edər, buna vaxtınız olmayanda isə səhərlər sadəcə erkən qalxmağa çalışın. Gündəlik həyatda etdiyiniz kiçik bütün davranışları şüurlu şəkildə yerinə yetirin. Məsələn, qəhvə içərkən yalnız qəhvənin özünə, onun istiliyinə və dadına diqqət yetirin. Yemək yeyərkən ondan həzz alın, biri ilə həmsöhbət olarkən beyninizdə başqa bir şey haqqında düşüncələr olmasın. Mövcud olduğunuz anın dəyərini bilin, bu üsulla yavaş həyat fəlsəfəsini bir o qədər asanlıqla mənimsəyə bilərsiniz.

Başqalarının cəldliynə, sürətinə, bir anda bir neçə işin öhdəsindən gəlməsinə baxıb heyran olmayın, o özünə yaxşılıq etmir. Başqasının sürətli ritminə aldanmayın, öz bioloji potensialınıza uyğun ritminizi təyin edin və ona sadiq qalın. Xüsusilə böyük bir şəhərdə yaşayırsınızsa, səhər evdən çıxdığınız anda, gün ərzində, tıxacda və pik saatlarda yalnız ətrafınızda qaçan insanları görürsünüz deməli. Sürətli həyat onları hər gün yorur, evdən çıxdığı andan evə qayıtdığı ana qədər bu sürə qatarının içində qaça-qaça yaşayırlar. Düşünün, yavaş həyat fəlsəfəsini tətbiq edib daha rahat həyat yaşamaq daha yaxşıdır, yoxsa oyandığın andan yatdığın anadək tələsərək yaşamaq?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri