Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azər Qasımov: “Ərdoğanın körfəz ölkələrinə səfəri Yaxın Şərqin siyasi konfiqurasiyasında köklü dəyişiklər edəcək” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarlarının dəvəti ilə Küveyt, Qətər və Omana səfər edəcək.
Onun Fars körfəzinə üç günlük səfərinin ilk dayanacağı Küveytdir. Ərdoğanın səfərinin ikinci dayanacağı Qətər olacaq.
O, Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.
Görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş regional problemlərə qədər geniş mövzular müzakirə olunacaq.
Qəzzada atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm bəndləri olacaq.
Səfərinin üçüncü günündə Ərdoğan Omana gedəcək və Maskatda Omanın Sultanı Heysəm bin Tariq ilə ikitərəfli görüş keçirəcək.
İqtisadi əməkdaşlıqla yanaşı, regional hadisələr də müzakirə olunacaq.