Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Yaxın Şərq yeni dövrə daxil olur

Yaxın Şərq yeni dövrə daxil olur

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azər Qasımov: “Ərdoğanın körfəz ölkələrinə səfəri Yaxın Şərqin siyasi konfiqurasiyasında köklü dəyişiklər edəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarlarının dəvəti ilə Küveyt, Qətər və Omana səfər edəcək.

Onun Fars körfəzinə üç günlük səfərinin ilk dayanacağı Küveytdir.

Ərdoğanın səfərinin ikinci dayanacağı Qətər olacaq. O, Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş regional problemlərə qədər geniş mövzular müzakirə olunacaq. Qəzzada atəşkəs prosesi və bölgənin yenidən qurulması liderlərin əsas gündəm bəndləri olacaq.

Səfərinin üçüncü günündə Ərdoğan Omana gedəcək və Maskatda Omanın Sultanı Heysəm bin Tariq ilə ikitərəfli görüş keçirəcək. İqtisadi əməkdaşlıqla yanaşı, regional hadisələr də müzakirə olunacaq.

Bu səfərlərin məqsədi müdafiə sənayesi, enerji və investisiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımların atılmasıdır. Əlaqələrin daha da möhkəmləndirilməsi üçün ikitərəfli sazişlərin imzalanması da nəzərdə tutulub.

Ərdoğanın Körfəz ölkələrinə səfəri ilə bağlı qəzetimizə danışan ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib ki, Yaxın Şərq yeni dövrə daxil olur. Trampın 20 maddəlik Qəzza planından və Misirin Şarm Əl-Şeyx şəhərində bir sıra dövlətlərin imzaladığı niyyət protokolundan sonra ilk maddə olaraq HƏMAS tərəfindən əsirlərin və həlak olanların cəsədlərinin qaytarılması, paralel olaraq İsrail tərəfindən həbs olunanların qarşılıqlı azad olunması mərhələsinin başa çatmasından sonra proseslər göründüyü kimi gərginlik fazasındadır. HƏMAS-ın silah buraxması şərtinə əməl edilməsinin gözləntiləri məsələsi fonunda bölgədə hələlik atəşkəsin olmaması və 100-dən çox fələstinlinin ölməsi onu deməyə əsas verir ki, Qəzzada sülh üçün çox iş görülməlidir. ABŞ hərbçilərinin Qəzza təmas xətti boyu monitorinq aparması, yerində bilavasitə durumla tanış olması onu göstərir ki, müəyyən addımların atılması üçün planlar hazırlanır. Bu hadisələr fonunda Türkiyə Prezidenti R.T.Ərdoğanın üç günlük körfəz ölkələri Küveyt, Qətər və Omman səfəri geosiyasi baxımdan müəyyən balans yaratmaq məqsədi daşıyır: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, Səudıyyə Ərəbistanı və BƏƏ-nin Qəzza məsələsində İsrailin yanında bilavasitə olmasa da onunla həmfikir olması Türkiyəni Qəzza məsələsində Küveyt, Qətər və Omanla birlikdə hərəkət etməyə sövq edir. Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə ABŞ-ın Qətərin hava məkanını qorumasına rəğmən İsrailin raket zərbəsi endirməsi bu körfəz ölkələrini öz təhlükəsizlikləri barəsində bir daha fikirləşməyə sövq edir. Türkiyə liderinin bu ölkələrə, xüsusən Qəzza məsələsinin həlli ilə bərabər ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm səfər olacaq. Türkiyə heyətinə Türkiyənin silah istehsalı ilə məşğul olur altı böyük şirkət rəhbərinin qatılması mühüm addımların atılmasının planlandığını göstərir. Ərəb ölkələrinin öz təhlükəsizlikləri baxımından Türkiyənin onlara verə biləcəyi dividentlər heç bir Qərb ölkəsi tərəfindən verilməsi mümkün olmayan fakt olacaq. Məsələ ondadır ki, görüşlər öncəsi Türkiyənin bu ölkələrin öz təhlükəsizliyini özlərinin təşkil etməsi üçün hərbi sənaye kompleksinin inkişafı və Türk silah texnologiyalarının birgə təşkili barəsində razılığın əldə olunması gözlənilir. Türkiyə onlara özlərinin nəzarət edə biləcəyi müxtəlif növ silah sistemlərinin istehsalını təşkil edə bilər. Əslində, bu, ABŞ-ın strateji tərəfdaş hesab olunan Qətər kimi ölkələrin ABŞ-a münasibətinə bir zərbədir. ABŞ-ın etibarsız tərəfdaş ölkə imicinin elanıdır”.

A.Qasımov deyib ki, R.T.Ərdoğanın bu körfəz ölkələrinə səfərinin başlıca mövzusu Qəzza məsələsidir. O bu səfərdə Qəzaya dəstək üçün həm maddi yardım, həm də Tramp planının həyata keçirilməsi üçün dəstək istəyəcək. Əslində, Tramp planının HƏMAS ayağını böyük ölçüdə Türkiyə dövləti, xüsusən də, MİT başçısı İbrahim Kalın aparıb. HƏMAS-ın razı salınması Türkiyənin işi olub. Amma Türkiyə tərəfində ehtiyat edirlər ki, İsrail müxtəlif yollarla atəşkəsi və razılaşmanı poza bilər, hətta bunu edəcək. Görünən odur ki, Türkiyə tərəfi Trampın planının kövrək olduğunu, hər an pozula biləcəyindən ehtiyat edir, hansı ki, bunda müəyyən mənada haqlıdır da: “Məsələ ondadır ki, İsrail hərbi elitasında bu razılaşmaya qarşı cəbhə var və HƏMAS-la hər hansı razılığın mümkün olmadığı qənaəti vardır. Onlar Baş nazir Netanyahuya da təzyiq edirlər ki, buna razı olmasın. İsrailin müxalif partiyaları isə Netanyahunu Türkiyəni Qəzzaya gətirdiyini görə günahkar hesab edirlər. Görünən odur ki, vəziyyət xeyli kövrək və gərgindir. Türkiyə Qəzzaya yerləşdirilməsi planlanan sülhməramlı qüvvələr üçün ölkələr və maddi dəstək axtarışındadır.

Türkiyənin həm Qəzzaya daxil olması, həm də region ölkələri ilə hərbi sənaye kompleksi sahəsində əməkdaşlığı gələcək üçün mühüm qərarların olacağını göstərir. Türkiyənin Qətərdə ikinci əl 24 ədəd "Evrofauter" təyyarəsi alacağı məsələsi də gündəmdədir. Körfəz ölkələri əvvəlcə Qəzzanın yenidən bərpası üçün maddi dəstək olmalıdırlar, eyni zamanda, öz hərbi sənaye komplekslərini yaratmaqla Qərbdən asılı olmağa son verməlidirlər. ABŞ göründüyü kimi onları həmişə yarı yolda qoya bilər, neçə ki, Qətərin paytaxtı Dohanı İsrail təyyarələri tərəfindən HƏMAS liderlərini öldürmək üçün raketlə vurarkən qoydu. Türkiyə onlara son illərdə inkişaf etdirdiyi hərbi sənaye kompleksi məhsullarının birlikdə istehsalını təklif edir. Bura pilotsuz uçuş aparatlarından tutmuş, hava hücumundan müdafiə sistemlərinə, hətta döyüş təyyarələrinin istehsalına kimi geniş çeşidlər aiddir. Bu zaman ərəb ölkələri kimsədən asılı durumda olmazlar və müstəqil siyasət yürüdə bilərlər. Bu addımın atılması əslində xüsusi əhəmiyyət kəsb edir. Məsələ tək ABŞ-ın regionda diktə gücünün azalması deyildir. Məsələ ABŞ-la iş birliyi edən Səudiyyə Ərəbistanı və BƏƏ-nin də tədricən yolunu dəyişib digər ərəb ölkələrinə qoşulmasıdır. R.T.Ərdoğanın siyasəti də böyük ölçüdə buna hesablanıb. Türkiyə regionda gücləndikcə ABŞ regionda zəifləyir. Amma ərəblərin Türkiyədən bir tarixi qorxuları var. Türkiyənin tarixi keçmişi ərəbləri Türkiyədən məsafəli davranmağa məcbur edir. Bu qorxu əslində Türkiyədən qaynaqlanmır. Tarixən türklər Osmanlı imperiyası dövründə ərəbləri idarə edərkən heç vaxt tək ərəblərə qarşı yox, digər xalqlara qarşı da diskriminasiya siyasəti yürütməyiblər, heç kimin dini inancını, adət-ənənəsini dəyişməyə cəhd etməyiblər. Osmanlının son yüz illərində Qərbin bu regionlarda apardığı siyasət ərəblərin türklərə qarşı siyasətini formalaşdırıb. Bu indiyə kimi də davam edir. Amma Türkiyə həmişə bir prinsiplə, "qazan-qazan prinsipi" ilə hərəkət edir. Getdiyi yerlərdə həm özünün, həm də qarşı tərəfin qazanmasını istəyir. Burda neosmanizm ənənələri axtarmaq doğru deyildir. Bu, Türkiyəni qəbul etməyən güclərin təbliğatdır. Türkiyə Prezidenti R.T.Ərdoğanın körfəz ölkələrinə səfərinin Yaxın Şərqin siyasi konfiqurasiyasında köklü dəyişiklər edəcəyi bir reallıqdır. Bu ölkələr istəsələr də, istəməsələr də Türkiyə ilə əməkdaşlıq etməyə məhkumdurlar. Əslində bu, onların öz xeyrinədir. Göründüyü kimi də bir sıra ərəb ölkələri də bunda könüllü olaraq maraqlıdırlar və bundan məmnundurlar. Hesab edirəm ki, tezliklə Qəzza məsələsində ciddi dəyişiklik etmək üçün yaxşı imkanlar yarana bilər. Bu baxımdan da Türkiyənin bu məsələdə rolu həlledici olacaq”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Oktyabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri