Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
13 ildir müharibənin davam etdiyi Suriyada toqquşmaların yenidən intensivləşməsi ölkənin parçalanacağı perspektivini daha da yaxınlaşdırır.
Hələ “ərəb baharı”nın dirəndiyi və Əsədin müqavimət göstərməyə başladığı dövrdə Suriyanın hissələrə bölünəcəyi proqnozları gündəmdə idi, lakin Rusiyanın müdaxiləsi və İranın dəstəyi Dəməşq mərkəzli dövlət quruluşunu kağız üzərində də olsa saxladı.
Hazırda “kağızdan düzəlmiş qalaya” bənzəyən Suriyanın parçalanması yenidən aktuallaşıb.
Birincisi, Əsəd rejimini ayaqda saxlayan Rusiya və İran çətin vəziyyətdədir: bu, Suriyanın parçalanmasına qarşı müqaviməti zəiflədib; İkincisi, Suriyada qüvvələr nisbəti və çoxsaylı güc mərkəzləri münaqişənin “ərazi bütövlüyü” çərçivəsində anlaşma ilə yekunlaşması perspektivini dumanlaşdırıb; İran Suriya rejiminin ləğvinə qarşıdır və Rusiya ilə hələlik bu məsələdə ortaq mövqedən çıxış edirlər.
ABŞ PKK-nın Suriya qanadı olan PYD/YPG qüvvələri üzərindən planlar həyata keçirir.
Bunun fonunda müxalifləri dəstəkləyən Türkiyə suriyalı müxalifərin geri qayıdışını təmin etməyə çalışır.
Suriyada aktiv oyunçuların hər biri bu ölkənin müəyyən ərazisinə bu və ya digər formada nəzarət edir.