Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq. Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.
Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi və diplomatik addımları diqqət mərkəzindədir.
Mərkəzi komandanlığın 24 saatlıq hazırlıq əmri, “Avro Linkoln” avrodaşıyıcı gəmisinin Yaxın Şərqə göndərilməsi və digər hərbi fəaliyyətlər bölgədəki qeyri-sabit vəziyyəti daha da ön plana çıxarıb.
Bu addımlar həm güc nümayişi, həm də mümkün eskalasiyaların qarşısını almaq məqsədini daşıya bilər.
Millət vəkili Fazil Mustafa bildirib ki, Vaşinqtonun mümkün kurs dəyişikliyi və Qrenlandiya ilə bağlı proseslər diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının İranla bağlı atacağı addımlar hələ də tam aydın deyil: “ABŞ-nin İranla bağlı yeni bir siyasi kurs müəyyənləşdirməsi istisna olunmur.
Hazırda Qrenlandiya ilə bağlı da yeni proseslər başlayıb və bu, Vaşinqtonun xarici siyasətində fərqli istiqamətlərin gündəmə gəldiyini göstərir.
Bir müddət əvvəl ABŞ-nin İrana zərbə endirəcəyi ilə bağlı təsəvvürlər mövcud olsa da, sonradan bu kursun dəyişdiyi və başqa istiqamətin seçildiyi müşahidə olunur”.