Icma.az
close
up
RU
Yaxın Şərqdə eskalasiya təhlükəsi

Yaxın Şərqdə eskalasiya təhlükəsi

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi və diplomatik addımları diqqət mərkəzindədir. Mərkəzi komandanlığın 24 saatlıq hazırlıq əmri, “Avro Linkoln” avrodaşıyıcı gəmisinin Yaxın Şərqə göndərilməsi və digər hərbi fəaliyyətlər bölgədəki qeyri-sabit vəziyyəti daha da ön plana çıxarıb. Bu addımlar həm güc nümayişi, həm də mümkün eskalasiyaların qarşısını almaq məqsədini daşıya bilər.

Millət vəkili Fazil Mustafa bildirib ki, Vaşinqtonun mümkün kurs dəyişikliyi və Qrenlandiya ilə bağlı proseslər diqqət mərkəzindədir.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının İranla bağlı atacağı addımlar hələ də tam aydın deyil: “ABŞ-nin İranla bağlı yeni bir siyasi kurs müəyyənləşdirməsi istisna olunmur. Hazırda Qrenlandiya ilə bağlı da yeni proseslər başlayıb və bu, Vaşinqtonun xarici siyasətində fərqli istiqamətlərin gündəmə gəldiyini göstərir. Bir müddət əvvəl ABŞ-nin İrana zərbə endirəcəyi ilə bağlı təsəvvürlər mövcud olsa da, sonradan bu kursun dəyişdiyi və başqa istiqamətin seçildiyi müşahidə olunur”.

Fazil Mustafa vurğulayıb ki, İranla bağlı məsələlərin artıq yekunlaşdığını düşünmək düzgün olmaz: “Amerika Birləşmiş Ştatları özü də bildirir ki, İranla bağlı bütün seçimlər hələ də masanın üzərindədir. Hansı variantın sonda qəbul ediləcəyi isə yaxın gələcəkdə aydın olacaq”.

Hərbi təzyiq elementi

Deputat Azər Allahverənov qeyd edib ki, diplomatik kanallar və hərbi təzyiq elementi hələ prosesin əsasını təşkil edir: “Amerika Birləşmiş Ştatları ilə İran arasında mövcud qarşıdurma hələ ən yüksək mərhələyə çatmayıb və müxtəlif dairələrdə fərqli ssenarilər müzakirə olunur. Qarşıdurma pik həddə çatdıqdan sonra adətən iki yol qalır: ya münasibətlər qaynar fazaya keçir, ya da tərəflərdən biri geri addım atır. Hazırkı mərhələdə isə əsasən verbal müstəvidə və diplomatik kanallar vasitəsilə açıqlamalar və mesajlar verilir ki, bu da gərginliyin hələ pik nöqtəyə çatmadığını göstərir. İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-yə səfəri və Qərb ölkələri ilə aparılan təmaslar diplomatik kanalların aktiv olduğunu təsdiqləyir”.

Deputat bildirib ki, ABŞ-ın “Avro Linkoln” aviadaşıyıcı gəmisinin Fars körfəzinə yaxınlaşdırılması və Hörmüz boğazı ilə bağlı risklər ciddi qarşıdurma ehtimalını artırsa da, bu hərbi element daha çox siyasi təzyiq və diplomatik təsir vasitəsi kimi istifadə olunur: “Məqsəd İranın ali siyasi rəhbərliyini daha konstruktiv mövqeyə yönəltmək, dialoqun dərinləşməsinə şərait yaratmaqdır. Hazırda informasiya məkanında dolaşan müxtəlif ssenarilər də məhz bu hərbi-siyasi təzyiq mexanizmi üzərində qurulub”.

ABŞ hərbi mövqeyini gücləndirir

Deputat Vüqar İsgəndərov isə diqqətə çatdırıb ki, Amerika Birləşmiş Ştatlarının mərkəzi komandanlığının 24 saatlıq hazırlıq əmri və “Avro Linkoln” avrodaşıyıcı gəmisinin Yaxın Şərqə göndərilməsi hazırda həm regionda, həm də ABŞ mediasında ən çox müzakirə olunan məsələlərdəndir.

Deputatın sözlərinə görə, ABŞ ordusunun 24 saatlıq hazırlıq əmri adi gündəlik rejimdən fərqlidir və hər hansı gərginlik və təhlükə zamanı dərhal reaksiya vermək imkanı yaradır: “Avro Linkoln”un Yaxın Şərqə göndərilməsi isə həm genişmiqyaslı hava əməliyyatları üçün mövqe tutmaq, həm də hər hansı hücumların qarşısını almaq üçün strategiya rolunu oynayır. ABŞ hərbi komandanlığı regiondakı vəziyyəti diqqətlə izləyir.ABŞ-ın bu addımları həm güc nümayişi, həm də gələcək eskalasiyanı önləmək məqsədini daşıyır. Amerika Birləşmiş Ştatları regionda mövqeyini gücləndirir, hərbi bazalarda canlanma müşahidə olunur və hər hansı hadisəyə qarşı hazırdır. Bu, həm də güc balansını öz xeyrinə saxlamaq üçün atılan strateji addımdır”.

Vüqar İsgəndərovun sözlərinə görə, ABŞ, İran, İsrail və digər region ölkələri vəziyyəti yaxından izləyir və gərginliyin gələcəkdə necə cərəyan edəcəyini proqnozlaşdırmaq hələ tezdir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri