Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Qəzzadakı yönətimi ələ almalı və sakinləri başqa yerə köçürülməlidir.Qəzzanın onilliklər boyu “ölüm və dağıntı simvolu” olduğunu və bu gün də “məhv məkanına” bənzədiyini deyən Tramp, Qəzzalıların başqa alternativləri olmadığı üçün orada qaldığını irəli sürüb:"Qəzza məsələsi indiyə qədər işləməyib.
Mən Qəzza haqqında digərlərindən fərqli düşünürəm.Yaxşı, yeni, gözəl bir torpaq sahəsi alınmalıdır.
Bəziləri də, tikintilər üçün, gözəl və yaşayışlı yer üçün yatırımlar etməlidirlər"Maraqlıdır ki, Trampın bu açıqlamaları onun iqtidara gələrkən verdiyi “müharibələr bitəcək” vədinin tam ziddi deyilmi?
Bu Yaxın Şərqdə yeni müharibə ocaqları yarada bilərmi?Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Donald Trampın bu açıqlaması cəmiyyətdə çaşqınlıq yaradır:“Qəzzada 2 milyon insan yaşayır.
Dağıntlardan sonra xeyli insan başqa yerlərə köçdü, dünyasını dəyişənlər oldu, amma hər vəziyyətdə Qəzza zolağında insan qalmaqdadır.
Bunu köçürmək üçün iki variant var. İsrail əhalisinin bir hissəsini yaşadıqları yerdən çıxarıb, başqa yerə köçürməlidir.
Həmin əraziyə qəzzalılar oraya köçürməlidir və yer dəyişdməlidirlər. Bu da o qədər inandırıcı görsənmir.