Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni müharibə ocaqları yarana bilərmi? AÇIQLAMA

Yaxın Şərqdə yeni müharibə ocaqları yarana bilərmi? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Qəzzadakı yönətimi ələ almalı və sakinləri başqa yerə köçürülməlidir.
Qəzzanın onilliklər boyu “ölüm və dağıntı simvolu” olduğunu və bu gün də “məhv məkanına” bənzədiyini deyən Tramp, Qəzzalıların başqa alternativləri olmadığı üçün orada qaldığını irəli sürüb:
"Qəzza məsələsi indiyə qədər işləməyib. Mən Qəzza haqqında digərlərindən fərqli düşünürəm.Yaxşı, yeni, gözəl bir torpaq sahəsi alınmalıdır. Bəziləri də, tikintilər üçün, gözəl və yaşayışlı yer üçün yatırımlar etməlidirlər"
Maraqlıdır ki, Trampın bu açıqlamaları onun iqtidara gələrkən verdiyi “müharibələr bitəcək” vədinin tam ziddi deyilmi? Bu Yaxın Şərqdə yeni müharibə ocaqları yarada bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Donald Trampın bu açıqlaması  cəmiyyətdə çaşqınlıq yaradır:
“Qəzzada  2 milyon insan yaşayır. Dağıntlardan sonra xeyli insan başqa yerlərə köçdü, dünyasını dəyişənlər oldu, amma hər vəziyyətdə Qəzza zolağında insan qalmaqdadır. Bunu köçürmək üçün iki variant var. İsrail əhalisinin bir hissəsini yaşadıqları yerdən çıxarıb, başqa yerə köçürməlidir. Həmin əraziyə qəzzalılar oraya köçürməlidir və yer dəyişdməlidirlər. Bu da o qədər inandırıcı görsənmir. Çünki orada uzun müddətdir  yerli yəhudilər yaşayırlar. Onlar inanmıram ki, yerlərini tərk edələr. Ya da ki, qəzzalıları Misirə, İordaniyaya və başqa ərazilərə köçürməlidirlər ki, orada məskunlaşsınlar. Buna da həmin dövlətlər də razılıq vermir. Çünki orada 100-200 min insan deyil, 2 milyon əhalidən söhbət gedir. 2 milyon adamı da hər dövlət rahat qarşılaya bilməz. İnanmıram ki,  kimsə o torpağı  fələstinlilərə rahatlıqla versin”.
Politoloq qeyd edib ki, Qəzza  zolağı  yerləşdiyi coğrafi baxımdan çox önəmli, strateji bir məkana sahibdir:
“Donald Trampın bu fikri çox asanlıqla baş verə biləcək hadisə deyil.  Qəzza  sahil bölgədir və orada limanların tikilməsi, işlərini aparılması strateji baxımdan gələcək üçün çox əlverişli şəraitin olması mümkündür.  Qaldı ki, Trampın  müharibələri  bitirəcəyi ilə bağlı verdiyi açıqlamaları səmimi gəlmir. Ola bilər ki, buna  cəhd edər, amma ona ya gücü çatmayacaq, ya da ki, bu, seçki qabağı bir təbliğat və təşviqat üçün deyilən söz ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri