Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və qeyri-sabitlik mərhələsi tədricən arxada qalmaqdadır.
Azərbaycan tərəfindən formalaşdırılan yeni regional reallıqlar fonunda de-fakto sülhün təmin olunması regionun sosial-iqtisadi inkişafı üçün yeni imkanlar açır.
Xüsusilə Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi əlaqələrin bərpası Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasına ciddi təsir göstərəcək amillərdən biri kimi qiymətləndirilir.
Artıq iki ölkə arasında ticarət əlaqələrinin mərhələli şəkildə bərpa olunması müşahidə edilir.
Bu proses, ilk növbədə, Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətli dividendlər vəd edir.
Uzun illər blokada şəraitində fəaliyyət göstərən, regional layihələrdən kənarda qalan Ermənistan üçün Azərbaycan kimi güclü və dayanıqlı iqtisadiyyata malik ölkə ilə əməkdaşlıq obyektiv zərurətə çevrilib.
Müharibə və gərginlik mühiti Ermənistan iqtisadiyyatını zəiflədən əsas amillərdən biri olduğu halda, iqtisadi inteqrasiya və regional əməkdaşlıq artım üçün real imkanlar yaradır.