Yaxşılıq sindromu səmimiyyətin sosial maskası | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şahanə MÜŞFİQElə bir dövrdə yaşayırıq ki, insanlıq getdikcə daxili keyfiyyətdən daha çox sosial imicə çevrilir.
Demək olar ki, hər kəs yaxşı görünmək arzusundadır, amma az adam həqiqətən yaxşı olmaq istəyir.
"Yaxşı insan" olmaq anlayışı bir növ reputasiya oyunudur: kim daha çox gülümsəyir, daha empatik davranır, daha təmkinli görünürsə, o da "nümunəvi" sayılır.
Ancaq təəssüf ki, çox zaman bu yaxşılıq səmimiyyətdən daha çox, qorxunun nəticəsi olur.
Amandır, birdən kimsə bizi bəyənməz, kiməsə xoş gəlmərik, sosial çevrədən kənar qalarıq.
Bütün bu qorxular bizi özümüz olmaqdan çıxarıb, saxta "yaxşı adam"a çevirir.
"Yaxşılıq sindromu" psixoloji baxımdan, başqalarında asılılıq formasıdır.
Tam oxu
Xəbəri oxu