Icma.az bildirir, Gununsesi portalına istinadən. Çox yəqin, hər kəsin həyatda tanıdığı yaxşı insan, daha dəqiq, mütəmadi yaxşılıq edən insan
Ancaq nədir bu yaxşılıq etmək istəyi? İnsan doğrudanmı yaxşılıq edir? Yaxşılıq etməyin hansı altşüur səbəbləri var?
Bəlkə, bu, o qədər də yaxşı bir şey deyil? Qarşılıqsız yaxşılıq varmı? Belə demək olarsa, insan, təbiətcə qarşılıqsız yaxşılıq edə bilməz.
Bir çox hisslər kimi, yaxşılıq edə bilmək hissi də sonradan yüklənən hissdir, təbii deyil. Səbəb isə sadədir.
İnsan yaxşılıq etdiyi zaman bunu düşünür: “Mükafat”. Əlbəttə, burada müxtəlif formalar var.
Məsələn, imanlı bir şəxsin yaxşılıq etmək istəyi onun o biri dünya adlı yerdə mükafatlanmaq istəyindən təzahür edir.
Bu hiss digər insanlarda da müxtəlif eqoist hisslər üçündür.
Psixoloji yanaşsaq, insan beyni hər zaman mükafat mexanizmi ilə işləyir: dopamin, serotonin yalnız fayda görəcəyimiz şeylərdə aktivləşir.