Icma.az
close
up
RU
Yaxşlıq “sosial alver”dir Orxan Saffari yazır...

Yaxşlıq “sosial alver”dir Orxan Saffari yazır...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Çox yəqin, hər kəsin həyatda tanıdığı yaxşı insan, daha dəqiq, mütəmadi yaxşılıq edən insanlar var.

Ancaq nədir bu yaxşılıq etmək istəyi? İnsan doğrudanmı yaxşılıq edir? Yaxşılıq etməyin hansı altşüur səbəbləri var? Bəlkə, bu, o qədər də yaxşı bir şey deyil? Qarşılıqsız yaxşılıq varmı?

Belə demək olarsa, insan, təbiətcə qarşılıqsız yaxşılıq edə bilməz. Bir çox hisslər kimi, yaxşılıq edə bilmək hissi də sonradan yüklənən hissdir, təbii deyil.  Səbəb isə sadədir. İnsan yaxşılıq etdiyi zaman bunu düşünür:

“Mükafat”.

Əlbəttə, burada müxtəlif formalar var. Məsələn, imanlı bir şəxsin yaxşılıq etmək istəyi onun o biri dünya adlı yerdə mükafatlanmaq istəyindən təzahür edir. Bu hiss digər insanlarda da müxtəlif eqoist hisslər üçündür.

Psixoloji yanaşsaq, insan beyni hər zaman mükafat mexanizmi ilə işləyir: dopamin, serotonin yalnız fayda görəcəyimiz şeylərdə aktivləşir. Bu cür məsələləri, əlbəttə, əksər hallarda adam özünə də etiraf etmir. Çünki bunun digər adı içindəki mənfi obrazınla, həqiqi məninlə üzləşməkdir.

Sual olunur: Məsələn, bir adam gizli yaxşılıq edirsə necə? 

Əlbəttə, heç bir sual cavabsız deyildir. Bir şəxsin gizli yaxşılıqlar etməsi, onun özünü özlüyündə üstün, mənəvi cəhətdən böyük görməsidir, görmək istəyidir. Əslində, bu, insanın özünə ən böyük mükafatıdır.

Birinə yaxşılıq etməkdə həqiqi niyyət qarşı tərəfin yox, əvvəlcə özünün xoşbəxtliyidir, özünü rahat etmək istəyidir.

Bir çox filosoflar tərəfindən yaxşılıq etməyin fəlsəfi tərəfləri izah olunub. Məsələn,  Nitşeyə görə “yaxşılıq” zəiflərin güclülər üzərində nəzarət vasitəsidir. Daha dəqiq, yaxşılığı əxlaqı zəiflər uydurub.

Kierkegaard görə isə, insanın dini və ya etik seçimləri belə, nəticədə öz “mən”ini qurtarmaq üçündür, başqasını yox.

Yaxşılıq etmək istəyi həm də kollektiv şüurdur, mağara təfəkküründən gəlir. Bu, bir növ həyatın nizamını qorumaq üçündür.

Yaxşılıqlar adətən, nə zamansa qarşılıq görmək üçündür. Məsələn, birinin xeyrinə-şərinə daha çox yarımağa çalışmaq istəyi də buradan qaynaqlanır. “Bu gün mən, sabah sən” prinsipi.

Əgər bir adam hansısa məqamda zamanından yaxşılıq etdiyi adamlardan qarşılıq görməsə, onun ilk edəcəyi şey ən yaxşı halda təəssüflənmək, “Axı mən sənə kömək etmişdim” düşüncəsidir.

Bunun digər adı isə “sosial alver”dir.

Yaxşılıq həm də sosial manipulyasiyadır, insaın içindəki vicdan hissi ilə sövdələşməsidir.

Birinə yaxşılıq etmək, ona həm də müddətsiz borc verməkdir. Yəni, bu, fədakarlıqdan daha çox hegemonluq, eqoistlikdir.

Məsələn, bəzən insan bir zaman düşmən olduğu, sevmədiyi adama da hansısa məqamda yaxşılıq edir. Bu, humanizm deyil, həm də “Mən səndən böyüyəm, əsarətdə saxlayaram” kimi hisslərin məhsuludur.

İnsan yaxşılıq eləməklə həm də özünə psixoloji kapital yığır. Ən azı öz düşüncəsi, imanını, inamını sakitləşdirmək üçün. Əlsində, yaxşılıq insanın zəif olduğunu və qarşılığında böyümək istəyinin adıdır.

Bəlkə də, yaxşılığın termini belə olmalıdır:

“Etdiyim bütün yaxşılıqlar özümə görədir, ancaq bunu sənin üçün edirəm”

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri