Yayda hansı yeməklərə üstünlük verməli, hansılara yox deməliyik... | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi, susuzluğun qarşıs
Bu barədə Modern.az-a açıqlama verən qida sahələri üzrə ekspert Fərid Səfərov bildirib ki, iqlimə uyğun qidalanmaq həm istilərin fəsadlarınd
Bədəni toksinlərdən təmizləmək üçün doğranmış meyvə ilə hazırlanmış detoks suları da faydalıdır”.Fərid Səfərov yüngül zülallı yeməkləri də y
Həmçinin dovğa, badımcan və lobya salatları, bulqur və qarabaşaqla hazırlanan yüngül salatlar yay üçün çox uyğundur.
Ayran, kefir və qatıq da bağırsaq florası üçün faydalıdır”.Fərid Səfərov yayda uzaq durulmalı qidalar barədə də xəbərdarlıq edib: “Ağır, yağlı yeməklər, qovurma, kabab, xəngəl, dolma kimi yeməklərdən yayda mümkün qədər az istifadə olunmalıdır.
Eyni zamanda şirin qazlı içkilər, hazır meyvə şirələri, ağır şirniyyatlar, konservləşdirilmiş məhsullar və kolbasa növləri orqanizmin su itirməsinə səbəb olur və zəhərlənmə riskini artırır”.Azərbaycan mətbəxinin yay ayları üçün sağlam qidalanma baxımından geniş imkanlar yaratdığını deyən ekspert əlavə edib ki, dovğa, ayran, qatıq, badımcan salatı, kükü, lobya salatı, təzə meyvə-tərəvəz bolluğu Azərbaycan yay süfrəsinin əsasını təşkil edir.
“Nanə, sumax, keşniş kimi ədviyyatlar isə həm susuzluğun qarşısını alır, həm də tərləməni tənzimləyir.
Əsas odur ki, ağır yeməkləri və şəkərli içkiləri müvəqqəti olaraq ‘tətilə göndərək’ və rasionumuzu təbii, yüngül qidalarla zənginləşdirək”.Fərid Səfərov bildirib ki, yay mövsümündə məqsəd bədəni susuzluqdan, istilik stresindən və mədə-bağırsaq problemlərindən qorumaqdır.
Tam oxu
Xəbəri oxu