Icma.az
close
up
RU
Yayda hansı yeməklərə üstünlük verməli, hansılara yox deməliyik...

Yayda hansı yeməklərə üstünlük verməli, hansılara yox deməliyik...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi, susuzluğun qarşısının alınması və ümumi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Bu barədə Modern.az-a açıqlama verən qida sahələri üzrə ekspert Fərid Səfərov bildirib ki, iqlimə uyğun qidalanmaq həm istilərin fəsadlarından qorunmağa, həm də enerjini yüksək saxlamağa kömək edir.
Ekspertin sözlərinə görə, yay mövsümündə menyuda əsas yer tutmalı olan məhsullar su və su tərkibli qidalardır:

“Bu dövrdə su, ayran, mineral sular, eyni zamanda qarpız, yemiş, xiyar, pomidor kimi tərkibində 90 faizdən çox su olan məhsullar mütləq istifadə edilməlidir. Bədəni toksinlərdən təmizləmək üçün doğranmış meyvə ilə hazırlanmış detoks suları da faydalıdır”.
Fərid Səfərov yüngül zülallı yeməkləri də yayda üstünlük verilməsi vacib olan məhsullar sırasında qeyd edib:

“Toyuq, balıq, qaynadılmış yumurta, az yağda bişmiş paxlalılar, məsələn, mərcimək salatı, həm orqanizmə yüngüldür, həm də zəruri zülalları təmin edir”.
Ekspert təzə meyvə və tərəvəzlərin də yay süfrəsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb:

“Şaftalı, ərik, gilas, albalı, moruq və tərəvəz salatları - bol limon, az duz və zeytun yağı ilə ideal seçimdir. Həmçinin dovğa, badımcan və lobya salatları, bulqur və qarabaşaqla hazırlanan yüngül salatlar yay üçün çox uyğundur. Ayran, kefir və qatıq da bağırsaq florası üçün faydalıdır”.
Fərid Səfərov yayda uzaq durulmalı qidalar barədə də xəbərdarlıq edib:

“Ağır, yağlı yeməklər, qovurma, kabab, xəngəl, dolma kimi yeməklərdən yayda mümkün qədər az istifadə olunmalıdır. Eyni zamanda şirin qazlı içkilər, hazır meyvə şirələri, ağır şirniyyatlar, konservləşdirilmiş məhsullar və kolbasa növləri orqanizmin su itirməsinə səbəb olur və zəhərlənmə riskini artırır”.
Azərbaycan mətbəxinin yay ayları üçün sağlam qidalanma baxımından geniş imkanlar yaratdığını deyən ekspert əlavə edib ki, dovğa, ayran, qatıq, badımcan salatı, kükü, lobya salatı, təzə meyvə-tərəvəz bolluğu Azərbaycan yay süfrəsinin əsasını təşkil edir. 
“Nanə, sumax, keşniş kimi ədviyyatlar isə həm susuzluğun qarşısını alır, həm də tərləməni tənzimləyir. Əsas odur ki, ağır yeməkləri və şəkərli içkiləri müvəqqəti olaraq ‘tətilə göndərək’ və rasionumuzu təbii, yüngül qidalarla zənginləşdirək”.
Fərid Səfərov bildirib ki, yay mövsümündə məqsəd bədəni susuzluqdan, istilik stresindən və mədə-bağırsaq problemlərindən qorumaqdır. Bu baxımdan Azərbaycan mətbəxi ənənəvi olaraq sağlam və əlverişli seçimlər təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri