Icma.az bildirir, Oxu.az portalına istinadən. Azərbaycanda yayımı dayandırılan "Match TV" kanallarından istifadə edən abunəçilərə "Sport" pa
Mövzu ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən birdən çox provayderlə əlaqə saxlasaq da, cavab eyni oldu.
Oxu.Az xəbər verir ki, internet provayderləri "Match TV" kanallarının yayımı dayandırılsa da, abunəçilərə heç bir endirim və ya güzəşt olunmayacağını bildirdilər.
Provayderlər yaxın günlərdə "Match TV" kanallarını yeniləri ilə əvəzləyəcəklərini, bununla yanaşı, sözügedən şirkətlə danışıqlar aparıldığını dedilər.
Bu problemin nə zaman aradan qaldırılacağına dair dəqiq tarix verə bilməyəcəklərini söylədilər.
İstifadəçilərə isə bu müddət ərzində "Sport" paketinin ləğv edilməsi və ya problem həll olunana kimi gözləmələri məsləhət görülür.
"Sport" paketlərdə "Match TV" kanallarının yayımı dayandırılsa da, digər kanallar fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Match TV" kanallarının yayım icazəsi olmayıb.