Yayımı dayandırılan Match TV kanallarının istifadəçilərinə güzəşt olunacaq?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Azərbaycanda yayımı dayandırılan "Match TV" kanallarından istifadə edən abunəçilərə "Sport" paketini ləğv etmək məsləhət görülür.
Mövzu ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən birdən çox provayderlə əlaqə saxlasaq da, cavab eyni oldu.
Oxu.Az xəbər verir ki, internet provayderləri "Match TV" kanallarının yayımı dayandırılsa da, abunəçilərə heç bir endirim və ya güzəşt olunmayacağını bildirdilər.
Provayderlər yaxın günlərdə "Match TV" kanallarını yeniləri ilə əvəzləyəcəklərini, bununla yanaşı, sözügedən şirkətlə danışıqlar aparıldığını dedilər.
Bu problemin nə zaman aradan qaldırılacağına dair dəqiq tarix verə bilməyəcəklərini söylədilər.
İstifadəçilərə isə bu müddət ərzində "Sport" paketinin ləğv edilməsi və ya problem həll olunana kimi gözləmələri məsləhət görülür.
"Sport" paketlərdə "Match TV" kanallarının yayımı dayandırılsa da, digər kanallar fəaliyyətini davam etdirir.
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Match TV" kanallarının yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" Qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















