Yazıçılığı çörəkçi peşəsinə dəyişdi FOTOLAR | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.
Bu barədə yazıçının özü məlumat verib. Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəli
Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb: “Materiala ç
Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır.
Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum.
Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm.
Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım.
Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm.
Tam oxu
Xəbəri oxu