Icma.az
close
up
RU
Yazıçılığı çörəkçi peşəsinə dəyişdi FOTOLAR

Yazıçılığı çörəkçi peşəsinə dəyişdi FOTOLAR

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yazıçı, tərcüməçi Nadir Qocabəyli peşəsini dəyişib.

Bu barədə yazıçının özü məlumat verib.

Bildirib ki, bir ildən çoxdur işsiz olduğuna, tərcüməçilik, yazıçılıq və ictimai fəaliyyətin ona gəlir gətirmədiyinə görə, peşəsini dəyişmək qərarı verib.

Onun sözlərinə görə, bu məqsədlə həyətində öz gücünə və təkbaşına “Pompey sobası” (Kürə) tikib, çörək bişirib satmağa başlayıb: “Materiala çox pul xərcləmədim, zatən yoxdur və əsasən tullantı kərpiclərdən, həyətimdə çoxdan qalan qumdan, neçə il ərzində topladığım şüşə butulkalardan, çöldən daşıyıb gətirdiyim gildən və sairədən istifadə etdim. Bununla belə, pula yenə ehtiyac oldu. Çünki kürə üçün lazım olan odadavamlı daşlar çox bahadır. Eyni zamanda, sementi və digər bəzi materialları da almalı oldum. Bunun üçün yaxın qohumlardan borc istəməli, nişan üzüyümüzü və yoldaşımın son qızıl üzük-sırğasını girov qoyaraq bir qədər pul götürdüm. Nəticədə həm həyətimdə dar ayaqda ac qalmamaq üçün çörək bişirə biləcəyim bir kürəm oldu, həm də iki yeni peşə qazandım. Hazırda həm kürəçiyəm, yəni kürə usatası, həm də çörəkçi. Çünki təxminən 15 gündür çörək də bişirirəm. Kim istəsə, onun üçün də kürə tikə və çörək bişirə bilərəm”.

N.Qocabəyli deyib ki, çörəyi öz ailəsi üçün bişirir, lakin qonşuların xahişi ilə onlara da satır: “Günə 10 çörək satanda sevinirik. Bu isə cəmi 5 manat deməkdir. Onun yarısını xərclərə çıxanda yerdə 2 manat 50 qəpik qalır. Dolayısı ilə, xanımımla iki nəfərə gündə hərəmiz 1 manat qazanır, eyni zamanda öz çörəyimizi çıxarırıq. Bununla belə, ruhdan düşmür, bu biznesi böyütməyin xəyallarını qururuq. Düşünürük ki, təkcə çörək yox, peraşki, simit, xaçapuri, bulka və müxtəlif şirniyyatlar da bişirib sata bilərik. Ancaq bunun üçün gərək kürənin üstünü örtəm, ətrafında bir dükan qaraldam, iri pəncərələr qoyduram, reklam lövhələri asam ki, yoldan keçən maşınları da cəlb edə bilək. Çünki təkcə qonşulara ümid etməklə heç odunun və ya qazın pulunu çatdırmaq olmaz. Qonşular kasıb olduqları üçün daha ucuz qidalanmağa üstünlük verir, daha çox zavod çörəyi alır, digər məmulatrlara pul xərcləyəcəkləri böyük sual altındadır. Bu gün uşaqların xahişi ilə kürədə pizza bişirdik. Əvvəllər duxovkada bişirdiyimizdən qat-qat ləzzətli və nəfis alındı. Bu təcrübəni də davam etdirmək istəyirik, ancaq dediyim kimi, gərək dükan olsun. Çatdırma təşkil edək. Yeri gəlmişkən xeyli araşdırma aparsam da, Bakıda pizza qutuları tapmaq müşkülə çevrilib. Bunun üçünsə sərmayə lazımdır. Banklar rəsmi iş yeri və girov olmadan kredit vermir. Borc istəyə biləcəyim dost-tanış, qohum əqrəba isə qalmayıb. Amma yenə də ümidliyəm. Necə deyərlər, Allaha təvəkkül”.

Nailə QASIMOVA

Medianews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri