Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan sabiq direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyil" keçirilən iclasda Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
O, istintaqa ifadəsi zamanı özünü təqsirli bilməyib. Sabiq direktor Perinatal Mərkəzdə baş verən hadisəyə aydınlıq gətirərək vurğulayıb ki,
O, hadisənin əsas başvermə səbəblərindən birini də məhz lazım olan personalın yerində olmaması ilə əsaslandırıb.
Prosesdə sərbəst ifadə verən digər təqsirləndirilən şəxs Anesteziologiya-reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev isə 10 ildən artıq bir müddətdə mərkəzdə bu şöbənin müdiri vəzifəsində çalışdığını deyib.
"Bizim şöbə beşinci mərtəbədə yerləşir, dördüncü mərtəbə "Yenidoğulmuşlar terapiya" şöbəsidir. Şöbə müdiri Məryəm Rzayevadır.
Həmin şöbəyə ümumiyyətlə aidiyyətim olmayıb. Tibbi Sığorta ilə bağlı sistemə dəyişiklik olandan bəzi şöbələr birləşdirildi.