Icma.az
close
up
RU
Yeddi körpənin ölümündə ittiham olunanların sərbəst ifadələri dinlənildi

Yeddi körpənin ölümündə ittiham olunanların sərbəst ifadələri dinlənildi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan sabiq direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyil" keçirilən iclasda Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O, istintaqa ifadəsi zamanı özünü təqsirli bilməyib. Sabiq direktor Perinatal Mərkəzdə baş verən hadisəyə aydınlıq gətirərək vurğulayıb ki, mərkəzdə boş olan beş tibb bacısı, üç tibb qardaşı və çatışmayan üç çarpayı üçün vaxtında TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) müraciət edib. O, hadisənin əsas başvermə səbəblərindən birini də məhz lazım olan personalın yerində olmaması ilə əsaslandırıb.

Prosesdə sərbəst ifadə verən digər təqsirləndirilən şəxs Anesteziologiya-reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev isə 10 ildən artıq bir müddətdə mərkəzdə bu şöbənin müdiri vəzifəsində çalışdığını deyib.

"Bizim şöbə beşinci mərtəbədə yerləşir, dördüncü mərtəbə "Yenidoğulmuşlar terapiya" şöbəsidir. Şöbə müdiri Məryəm Rzayevadır. Həmin şöbəyə ümumiyyətlə aidiyyətim olmayıb. Tibbi Sığorta ilə bağlı sistemə dəyişiklik olandan bəzi şöbələr birləşdirildi. Yanlız bizim və "Yenidoğulmuşlar terapiya" şöbəsi birləşdirilmədi. Hadisə də dördüncü mərtəbədə baş verib.

FHN DYMX-nin (Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti) dəfələrlə yanğın təhlükəsizliyinin əməl edilməməsi ilə bağlı akt tərtib edib. Lakin mənim bununla bağlı sonradan məlumatım olub. Mənim həmin şöbəyə heç bir aidiyyətim yoxdur. Oranın şöbə müdiri Məryəm xanım olub.

Təqsirləndirilən həkim bu hadisədə özünü təqsirli bilmədiyini deyərək, məhkəmədən ədalətli qərar çıxartmasını istəyib.

Zərərçəkənlər məhkəmə prosesinin qapalı keçirilməsi barəsində məhkəməyə vəsatət versələr də, bunu əsassız hesab edən hakim vəsatəti təmin etməyib.

Növbəti proses martın 17-nə təyin olunub.

Xatırladaq ki, 2024 -cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzi PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra, müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək, sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzində baş verən yanğından Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri