Yelisey Sarayı siyasi böhran məngənəsində | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni qurulan Barnye hökumətinin son akkordları Fransanın bugünkü reallıqlarını təhlil etdikdə gəlinən qənaət belədir ki, ölkə tarixinin ən pis dönəmindən keçir.
Fransa böyük ənənələri və güclü potensialı olan bir ölkədir.
Ancaq zamanında bütün dünyada yenilik kimi qəbul olunan tarixi ənənələrdən hazırda əsər-əlamət yoxdur.
Eyni zamanda, ölkənin malik olduğu imkanlarla onun inkişafı arasında uyğunsuzluq getdikcə daha da artır.
Müxtəlif dairələrdə açıq şəkildə etiraf olunur ki, Fransanın indiki durumu və inkişaf tendensiyaları digər Avropa ölkələri ilə müqayisədə nikbinlik yaratmır, ölkə getdikcə daha çox dərəcədə müasir çağırışlardan geridə qalır.
Bütün bunların əsas səbəbi kimi isə Makronun iki prezidentliyi dönəmində apardığı siyasət göstərilir.
Analitiklər paralellər aparmaqla, müqayisəli faktları təqdim etməklə əminliklə bildirirlər ki, geriləmələrə görə bütün məsuliyyət Makronun üzərinə düşür.
Tam oxu
Xəbəri oxu