Icma.az
close
up
RU
Yelisey Sarayı siyasi böhran məngənəsində

Yelisey Sarayı siyasi böhran məngənəsində

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni qurulan Barnye hökumətinin son akkordları

Fransanın bugünkü reallıqlarını təhlil etdikdə gəlinən qənaət belədir ki, ölkə tarixinin ən pis dönəmindən keçir. Fransa böyük ənənələri və güclü potensialı olan bir ölkədir. Ancaq zamanında bütün dünyada yenilik kimi qəbul olunan tarixi ənənələrdən hazırda əsər-əlamət yoxdur. Eyni zamanda, ölkənin malik olduğu imkanlarla onun inkişafı arasında uyğunsuzluq getdikcə daha da artır. Müxtəlif dairələrdə açıq şəkildə etiraf olunur ki, Fransanın indiki durumu və inkişaf tendensiyaları digər Avropa ölkələri ilə müqayisədə nikbinlik yaratmır, ölkə getdikcə daha çox dərəcədə müasir çağırışlardan geridə qalır.

Bütün bunların əsas səbəbi kimi isə Makronun iki prezidentliyi dönəmində apardığı siyasət göstərilir. Analitiklər paralellər aparmaqla, müqayisəli faktları təqdim etməklə əminliklə bildirirlər ki, geriləmələrə görə bütün məsuliyyət Makronun üzərinə düşür.

Hökumətin süqutu an məsələsidir

Əslində, Mişel Barnye hökumətini saxta hökumət kimi səciyyələndirmək daha doğru olardı. Cari ildə Fransada  əvvəlcə Avropa  Parlamentinə, sonra isə Milli Assambleyaya  keçirilən seçkilərin nəticələri Makron iqtidarına olan inamsızlığı bütün cəhətləri ilə ortaya qoydu. Belə ki, hər iki mərhələdə sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası üstünlük qazandı. Prezidentin rəhbərlik etdiyi mərkəzçi adlandırılan koalisiya isə ciddi məğlubiyyətə uğradı. Qanunvericiliyə görə yeni hökumətdə seçkilərin nəticələri nəzərə alınmaqla formalaşdırılmalı idi. Lakin hakimiyyət hərisi olan Makron nəinki özü istefa vermədi, hətta hökuməti də bir neçə ay gecikdirmə ilə və saxtakarlıqla formalaşdırdı ki, bu da Fransa cəmiyyəti tərəfindən prezidentin seçkilərin nəticələrini tanımaması, qanunlardan və demokratiyadan vaz keçməsi anlamında qəbul olunur.

Makronun saxtakarlıqla formalaşdırdığı Barnye hökuməti elə ilk günlərdən ölkə boyunca artan problemlərin öhdəsindən gəlməkdə aciz olduğunu nümayiş etdirir. Aradan bir neçə ay ötməsinə rəğmən, ölkə iqtisadiyyatının hansısa bir sahəsində müsbət dəyişikliklərin müşahidə edildiyini söyləmək çətindir. Əksinə, tənəzzül meyillərində daha yüksək dinamika ortadadır . Günlər ötdükcə böhran daha da dərinləşir. Artıq açıq şəkildə görünür ki, Barnye hökumətinin son akkordları çalınır və onun süqutu an məsələsidir. Ümumi qənaət belədir ki, Barnye hökuməti dərinləşən böhrana cəmi bir neçə gün tab gətirə bilər.

Dövlət maliyyəsi üzərində nəzarət itib

Böhran meyilləri bütün sahələrə sirayət edib. Ən kritik vəziyyət maliyyə sektorundadır. Dövlət maliyyəsi üzərində nəzarət itib, bu il kəsir ümumi daxili məhsulun 6,2 faizinə çatır. Dövlət borcu ilin sonunadək ÜDM-in 113 faizinə çatacaq. İqtisadiyyat hazırda durğunluq içərisindədir, işsizlik artır və investorlar Fransadan kütləvi şəkildə üz döndərirlər. Ölkə 1968-ci ilin mayından bəri görünməmiş vəziyyətlə üzləşib - dövlət təsisatları xaosa qərq olub, dövlət öz əsas missiyalarını yerinə yetirməkdə acizlik nümayiş etdirir.

Yerli mətbuatın yazdığına görə, ölkə dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbulu məsələsində də gərginliklə üzləşib. Belə ki, Baş nazir Konstitusiyanın 49.3 maddəsinə müraciət edəcəyini və büdcə haqqında qanun layihəsinin Milli Assambleyada razılıq olmadan qəbul ediləcəyini bildirəndən bəri hökumətə qarşı senzuranın tətbiqi irəli sürülüb. Mişel Barnye təyinatından sonra ilk siyasi çıxışında dövlət kəsirini 2025-ci ildə ÜDM-in 5 faizinə, 2029-cu ildə isə 3 faizə endirməyi qarşıya məqsəd qoymuşdu. Ancaq onun təklifi qəbul edilmir.

Parlament təzyiq edir, hökumətin çaşqınlığı artır

İfrat siyasi qrupların üstünlük təşkil etdiyi parlamentdə gedən müzakirələr hökumətin çaşqınlığını daha da artırıb. Senzura riski ilə üzləşən hökumət sağçılara pensiyaların indeksasiya olunmamasını, Qabriel Attala ödənişlərin azaldılmasını, Marin Le Penə elektrik enerjisi üzrə vergilərin artırılmasından imtina etməyi təklif edib. Bütövlükdə, ölkədə vergilərlə bağlı vəziyyət daha da pisləşir, dövlət xərcləri artmaqda davam edir. “Yeni Xalq Cəbhəsi”  və “Milli Birlik” partiyaları tam pensiya üçün 43 illik töhfələr tələb edən Turen islahatını ləğv etmək üçün bütün vasitələrdən istifadə edir.

Bu arada Fransa iqtisadiyyatının vəziyyəti və ətraf mühit xeyli pisləşib. Dövlət maliyyəsinin yenidən balanslaşdırılmasına başlaya bilməmək, büdcədə planlaşdırılan fiskal şok siyasi qeyri-müəyyənliyi də artırıb, fəaliyyəti iflic edib, işsizliyin qəfil artımına səbəb olub, investisiyaların qarşısını alıb.

Sahibkarların xarici sərmayəni yayındırmaları və maliyyə böhranının başlaması səbəbindən Fransa indi İspaniya, Portuqaliya və Yunanıstandan daha yüksək faizlə borc alır.

Bütövlükdə, hökumətin növbəti həftəyə keçə biləcəyi şübhə altındadır. Hökuməti devirmək üçün 288 deputat səs verməlidir. Milli Assambleyanın parlament çoxluğunun təklifini qəbul edəcəyi təqdirdə, bu, 1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra ilk belə hadisə olacaq. Bəzi siyasətçilər M. Barnyenin ədalətsiz siyasət apardığını səsləndirərək, onun hökumətindən çox şey gözləmədiklərini bildirirlər.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri