Yelisey Sarayı Yeni Kaledoniyanın bayrağından niyə qorxur? | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Təxminən 500 illik müstəmləkəçilik tarixinə malik olan Fransa XXI əsrdə də yeni sivil dünya çağırışlarına məhəl qoymayaraq Afrikada, dənizaşırı ərazilərdə heç bir vəchlə sümürmə siyasətindən əl çəkmək istəmir.
Əksinə, Yelisey Sarayı hələ də öz nəzarətində saxladığı müstəmləkə ərazilərində daha sərt kolonializm metodlarına keçid edir və bundan ötrü daha mühafizəkar hüquqi baza formalaşdırmağa çalışır.
Fransanın son dərəcə ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinin bütün ikrah doğuran təzahürlərini Yeni Kaledoniyanın timsalında görmək mümkündür.
Rəsmi Paris bu günlərdə növbəti dəfə ada sakinlərinin hüquq və azadlıqlarının pozulmasına rəvac verib.
Sürücülük vəsiqələrində milli bayraq qalmaqalı böyüyür Söhbət Yeni Kaledoniyada sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması ilə bağlı qalmaqalın böyüməsindən gedir.
Məsələ ondadır ki, Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, milli bayraq da əks olunub.
Rəsmi Paris buna qarşı çıxır, Yeni Kaledoniyanın hakimiyyət orqanları isə sürücülük vəsiqələrində milli bayrağın yerləşdirilməsində israrlı yanaşma ortaya qoyurlar.
Tam oxu
Xəbəri oxu