Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Yelisey Sarayı Yeni Kaledoniyanın bayrağından niyə qorxur?

Yelisey Sarayı Yeni Kaledoniyanın bayrağından niyə qorxur?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təxminən 500 illik müstəmləkəçilik tarixinə malik olan Fransa XXI əsrdə də yeni sivil dünya çağırışlarına məhəl qoymayaraq Afrikada, dənizaşırı ərazilərdə heç bir vəchlə sümürmə siyasətindən əl çəkmək istəmir. Əksinə, Yelisey Sarayı hələ də öz nəzarətində saxladığı müstəmləkə ərazilərində daha sərt kolonializm metodlarına keçid edir və bundan ötrü daha mühafizəkar hüquqi baza formalaşdırmağa çalışır.

Fransanın son dərəcə ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinin bütün ikrah doğuran təzahürlərini Yeni Kaledoniyanın timsalında görmək mümkündür. Rəsmi Paris bu günlərdə növbəti dəfə ada sakinlərinin hüquq və azadlıqlarının pozulmasına rəvac verib. 

Sürücülük vəsiqələrində milli bayraq qalmaqalı böyüyür

Söhbət Yeni Kaledoniyada sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması ilə bağlı qalmaqalın böyüməsindən gedir. Məsələ ondadır ki, Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, milli bayraq da əks olunub. Rəsmi Paris buna qarşı çıxır, Yeni Kaledoniyanın hakimiyyət orqanları isə sürücülük vəsiqələrində milli bayrağın yerləşdirilməsində israrlı yanaşma ortaya qoyurlar.

Bayraq qalmaqalı artıq məhkəmə instansiyalarına qədər uzanıb. Yelisey Sarayı siyasi sifarişlər verməklə yerli bayrağın götürülməsi ilə bağlı iki məhkəmə qərarının çıxarılmasına nail olub. İlk qərar “Generations NC” siyasi partiyasının təşəbbüsü əsasında  2024-cü ilin iyul ayında Noumea Administrativ Məhkəməsi tərəfindən verilib. Qərarın icrasına başlanmadığı təqdirdə 2025-ci il yanvarın 1-dən etibarən hər gecikmə günü üçün 100000 CFP frank (Yeni Kaledoniya Frankı) cərimə nəzərdə tutulub. Bu qərar 2025-ci ilin fevralında Paris Administrativ Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Lakin qərar qüvvəyə minsə də, Yeni Kaledoniya hökuməti onun icrasını hüquqi öhdəlik kimi qəbul etmir. Eyni zamanda, müvafiq yerli icra orqanı olan - DITTT sürücülük vəsiqələrinin dizaynında dəyişiklik aparmaqdan boyun qaçırır. Rəsmi Parisin yerli icra orqanlarına ünvanlanmış müraciətləri də cavabsız qalıb.

Həmçinin məhkəmə qərarının icrasına dair sübutedici sənədlər də təqdim olunmayıb. Bunun nəticəsi olaraq, 1-ci instansiya məhkəməsi ilkin cərimə məbləğini müəyyənləşdirib və Yeni Kaledoniya hökumətinin dövlət büdcəsinə 10 milyon CFP frank və “Generations NC” partiyasına hüquqi məsrəflərinin ödənilməsi üçün 700 000 frank verməsinə dair qərar çıxarıb. Məhkəmə daha sonra hökumətin qeyri-müəyyən mövqeyini nəzərə alaraq cəriməni hər gecikmə günü üçün 150 000 CFP franka qaldırıb. İnzibati məhkəmənin sədri hökumət başçısı Alkide Pongaya məktub göndərib. Məktub cavabsız qalıb.

Rəsmi Paris təzyiq ssenarisini təkrarlayır

Fransa missionerlərinin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Yelisey Sarayı indiyədək kanak xalqının azadlıq istəyinin qarşısını ən qəddar vasitələrlə alıb. Ötən il Yeni Kaledoniyada baş verələr buna ən son nümunələrdən biridir. Məlumdur ki, 2024-cü ildə Makron iqtidarı Yeni Kaledoniyada mürtəce siyasətinin davamı olaraq bədnam “konstitusiya islahatları”nın layihəsini parlamentin müzakirələrinə çıxarmağa nail oldu. Əslində, Makronun məcburiyyət qarşısında qalaraq müvəqqəti dayandırdığı “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəiflətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir.   Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə adanın 270 min əhalisinin təxminən 40 faizini təşkil edən yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün bir nəfər kimi ayağa qalxdılar.

Yenə Yelisey Sarayının güc tətbiq etmək ssenarisi işə düşüb. Belə ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb.  Baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro həcmində qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirib ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritmək məcburiyyətində qaldı. Hətta ada dövlətində “TikTok” sosial şəbəkəsinin fəaliyyəti dayandırıldı.

Bütün bunlar demokratiyadan, insan hüquqlarından danışan Yelisey Sarayının, əslində, son dərəcə mühafizəkar siyasət apardığını əyani şəkildə təsdiqləyir. Hələ də sümürmə siyasətinə sadiqlik göstərən rəsmi Paris müstəmləkə ərazilərində xalqların azadlıq istəklərinin ən kiçik işartılarını belə həzm edə bilmir. Yelisey Sarayının böyütdüyü bayraq qalmaqalı da çox doğru olaraq rəsmi Parisin təzyiq ssenarisini təkrarlaması anlamında dəyərləndirilir. Belə görünür ki, Makron iqtidarı bu ölkədə aborigen sakinlərin azadlıq, müstəqillik arzularını elə beşikdəcə boğmağa nail olmaq üçün ən çirkin vasitələrə əl atmaqdan belə çəkinmir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri