Yəmən miqrantlarının acı taleyi:Ölənlərin sayı 68 ə çatdı

04.08.2025

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Adalet.az xəbər verir ki, əyalətinin Zincibar rayonunun səhiyyə idarəsinin müdiri ölənlər arasında bir Yəmən vətəndaşının da olduğunu bildirib.

Məlumata görə gəmidə 100-dən çox efiopiyalı olub və onlarla adam hələ də itkindir.

 Bildirilir ki,  Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Qeyri-qanuni afrikalı miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına getmək arzusu ilə Cibuti vasitəsilə Yəmənə keçirlər.

 Qeyd edək ki, analoji hadisə  ötən ilin avqustunda da baş vermişdi.

 Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью