Yəmən miqrantlarının acı taleyi:Ölənlərin sayı 68 ə çatdı
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Adalet.az xəbər verir ki, əyalətinin Zincibar rayonunun səhiyyə idarəsinin müdiri ölənlər arasında bir Yəmən vətəndaşının da olduğunu bildirib.
Məlumata görə gəmidə 100-dən çox efiopiyalı olub və onlarla adam hələ də itkindir.
Bildirilir ki, Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.
Qeyri-qanuni afrikalı miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına getmək arzusu ilə Cibuti vasitəsilə Yəmənə keçirlər.
Qeyd edək ki, analoji hadisə ötən ilin avqustunda da baş vermişdi.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















