Yəmən sahillərində yük gəmisi atəşə tutulub

10.06.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin (UKMTO) bildirişində deyilir.

"UKMTO Yəmənin Balhaf limanından 88 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. İçərisində altı silahlı şəxsin olduğu qayıq yük gəmisinə yaxınlaşıb", — deyə məlumatda qeyd olunur.

UKMTO-dan əlavə ediblər ki, naməlum şəxslərlə gəminin mühafizəsi arasında atışma olub, bundan sonra qayıq geri dönüb. Hadisə "hücum" kimi təsnif edilib.

Digər təfərrüatlar verilmir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью