Yəmən sahillərində yük gəmisi atəşə tutulub
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin (UKMTO) bildirişində deyilir.
"UKMTO Yəmənin Balhaf limanından 88 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. İçərisində altı silahlı şəxsin olduğu qayıq yük gəmisinə yaxınlaşıb", — deyə məlumatda qeyd olunur.
UKMTO-dan əlavə ediblər ki, naməlum şəxslərlə gəminin mühafizəsi arasında atışma olub, bundan sonra qayıq geri dönüb. Hadisə "hücum" kimi təsnif edilib.
Digər təfərrüatlar verilmir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:Britaniya gəmisi Yəmən sahillərində atəşə tutuldu
29 Sentyabr 2025 19:21
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub
16 İyun 2026 05:54
Yəmən sahillərində Türkiyə gəmisi vuruldu
21 Noyabr 2024 05:25
Yəmən sahillərində atəşə tutulan gəmi alova qərq oldu
30 Sentyabr 2025 02:05
Baxış sayı:123
Bu xəbər 10 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















