Yəməndə silahlı şəxs məsciddə insanlara atəş açıb, 9 nəfər həlak olub

08.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 iyun, AZƏRTAC

Yəmənin Əl-Beyda əyalətində yerləşən Qarn əl-Əsəd kəndində dəhşətli silahlı hücum baş verib.

AZƏRTAC “Al Hadath” telekanalına istinadən xəbər verir ki, naməlum şəxs məscidə qumbara atıb və ardınca fərq qoymadan insanlara atəş açıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Hücum iyunun 7-də, axşam namazı vaxtı baş verib. Ölənlər arasında 12 yaşlı bir uşaq da var. Məlumata görə, silahlı şəxs psixi pozğunluqdan əziyyət çəkirmiş. Cinayətkar hadisədən təxminən bir saat yarım sonra saxlanılıb.

Qeyd edək ki, bu faciə müsəlmanların Qurban bayramını qeyd etdiyi günlərdə baş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью