Yəməndə silahlı şəxs məsciddə insanlara atəş açıb, 9 nəfər həlak olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 8 iyun, AZƏRTAC
Yəmənin Əl-Beyda əyalətində yerləşən Qarn əl-Əsəd kəndində dəhşətli silahlı hücum baş verib.
AZƏRTAC “Al Hadath” telekanalına istinadən xəbər verir ki, naməlum şəxs məscidə qumbara atıb və ardınca fərq qoymadan insanlara atəş açıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Hücum iyunun 7-də, axşam namazı vaxtı baş verib. Ölənlər arasında 12 yaşlı bir uşaq da var. Məlumata görə, silahlı şəxs psixi pozğunluqdan əziyyət çəkirmiş. Cinayətkar hadisədən təxminən bir saat yarım sonra saxlanılıb.
Qeyd edək ki, bu faciə müsəlmanların Qurban bayramını qeyd etdiyi günlərdə baş verib.
Bu mövzuda digər xəbərlər:Afinada 89 yaşlı silahlı şəxs insanlara atəş açıb, 5 nəfər yaralanıb
28 Aprel 2026 16:21
Əfqanıstanda silahlı şəxs parkda insanlara atəş açıb, ölənlər var
10 Aprel 2026 23:32
Yəməndə məscid atəşə tutulub, 9 nəfər ölüb
08 İyun 2025 15:42
Yəməndə bazara edilən hücumda 28 nəfər həlak olub
17 Fevral 2026 01:35
Yəməndə silahlı qarşıdurmalar davam edir
02 Yanvar 2026 19:12
Baxış sayı:142
Bu xəbər 08 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















