Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 27-də Laçına səfəri zamanı "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialının, "LATIFA" tikiş fabrikinin açılışında iştirak edib.
Bundan əlavə olaraq, "Laçın Aqro- Sənaye Parkında ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Redaktor.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov bildirdi ki, Laçın, iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir: "Nəzərə alsaq ki, Laçın yalnız turizm potensialı ilə deyil, eyni zamanda aqrar və sənaye sektorunda da üstünlüklərə malik bir rayondur.
Bu kontekstdə bir tərəfdən Laçının infrastrukturunun inkişafı müşahidə olunur, Laçın rayonu yenidən qurulur və bərpa edilir.
Digər tərəfdən isə, təbii ki, Laçında yeni istehsal müəssisələrinin yaradılması və onların Azərbaycan iqtisadiyyatına inteqrasiyası prosesi də müşahidə edilir.
Bu, həm Şərqi Zəngəzur, həm də bütöv Azərbaycan üçün vacib məqamlardandır.
Yeni açılan fabriklərin Laçın rayonu ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün də xüsusi töhfələri olacaq.