Icma.az
close
up
RU
Yeni açılan fabriklərin Laçınla yanaşı, Azərbaycan iqtisadiyyatı üçün də xüsusi töhfələri olacaq

Yeni açılan fabriklərin Laçınla yanaşı, Azərbaycan iqtisadiyyatı üçün də xüsusi töhfələri olacaq

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 27-də Laçına səfəri zamanı "PIRSHAGHI" ayaqqabı fabrikinin Laçın filialının, "LATIFA" tikiş fabrikinin açılışında iştirak edib. Bundan əlavə olaraq, "Laçın Aqro- Sənaye Parkında ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Redaktor.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov bildirdi ki, Laçın, iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir:

"Nəzərə alsaq ki, Laçın yalnız turizm potensialı ilə deyil, eyni zamanda aqrar və sənaye sektorunda da üstünlüklərə malik bir rayondur. Bu kontekstdə bir tərəfdən Laçının infrastrukturunun inkişafı müşahidə olunur, Laçın rayonu yenidən qurulur və bərpa edilir. Digər tərəfdən isə, təbii ki, Laçında yeni istehsal müəssisələrinin yaradılması və onların Azərbaycan iqtisadiyyatına inteqrasiyası prosesi də müşahidə edilir. Bu, həm Şərqi Zəngəzur, həm də bütöv Azərbaycan üçün vacib məqamlardandır. Yeni açılan fabriklərin Laçın rayonu ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün də xüsusi töhfələri olacaq. Çünki ölkəmizdə qeyri-neft sektorunun inkişafı əsas hədəflərdən biridir. Bu isə qeyri-neft sektorunda məhsul istehsalının artmasına və Azərbaycanın ixrac imkanlarının genişlənməsinə səbəb olacaq. Nəticə etibarilə, biz həm qeyri-neft məhsullarının istehsalının artmasını, həm də Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara ixrac edilməsini müşahidə edəcəyik".

Deputat qeyd etdi ki, bu həm qeyri-neft sektorunun, həm də ümumilikdə iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

"Sözsüz ki, bu, regionların iqtisadi payının artmasına da səbəb olacaq. Azərbaycan üçün vacib məqamlardan biri balanslı iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan regionların iqtisadiyyata verdiyi töhfə də önəmlidir və daxili istehsal gücünün mərhələli şəkildə artırılması nəzərdə tutulur. Məqsəd həm daxili bazara məhsul çıxarmaq, həm də ixrac imkanlarını genişləndirməkdir. Bu baxımdan, mövcud istehsal gücünün növbəti illərdə artırılması planlaşdırılır. Bu isə o deməkdir ki, biz Laçın rayonunda qarşıdakı illərdə daha çox məhsulun istehsal edilməsini müşahidə edəcəyik", - deyə Vüqar Bayramov bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 May 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri